19 Oktyabr 2017, Cümə axşamı - 03:55

Rəhim N.Əliyev

baş redaktor

Mən 12 yaşımdan, yəni 1982-ci ildən Formula1 ilə maraqlanmağa başlamışam. 1992-ci ildən isə Rusiyanın əsas kanallarından biri çempionatın yarışlarını yayımlamağa başladı. Elə həmin vaxtdan da mən hər həftəsonu yarışın nəticələri barədə yazılar hazırlayaraq mətbuata ötürməyə başladım. 2005-ci ildə hazırda oxuduğunuz bu saytı açdım – “Formula1 Azərbaycanda” adını verdiyim resurs əvvəlcə www.f1-az.com, sonradan isə www.f-1.az ünvanında fəaliyyət göstərməyə başladı. Saytda olan forum F1 həvəskarlarını bir araya toplamağa müvəffəq oldu. 2010-cu ildən isə ölkəmizdə açılan ilk idman kanalı olan “İdman-Azərbaycan” Formula1-i ölkəmizə gətirdi – ölkəmizdə bu idmanın tanınmış yazarı mən olduğum üçün TV kanala dəvət olundum və bu günə qədər Siyavuş Əliyevlə birlikdə yarışların əsas şəhrçilərindən biri mən oldum. Artıq 6 mövsümü arxada qoymuşuq və bu müddət ərzində Formula1-i minlərlə gəncə sevdirə bilmişik.

6624 məqalə

Müəllif: Rəhim N.Əliyev

logo