24 Noyabr 2017, Cümə - 09:42

Audi yeni R18-i təqdim edib

Audi yeni R18-i təqdim edib

Müəllif: Rauf Hacıyev, redaktor

13:08 - 25 Mart, 2016

Audi komandası son iki ildə Dünya Dözümlülük Çempionatında (WEC) qalib gələ bilmir. Ona görə də almanlar R18-i yenidən dizayn ediblər. Qeyd edək ki, Audi yeni R18-in şəkillərini hələ keçən ilin noyabr ayında yaymışdı, amma bu dəfə maşın yeni rəng çalarları ilə təqdim olunub…

F-1.az xatırladır ki, Audi komandası 13 dəfə Le Manın 24 saatlıq marafonunun qalibi olub. 2016-cı ilin R18e-tron quattro prototipi Porsche və Toyota-dan daha aqressiv görünür. Yeni R18-də Formula1 bolidi tərzində yüksək burun olduğunu görürük. Amma iş təkcə görünüşlə bitmir. Yeni R-18-in mühərriyinin silindr sayı da azaldılıb və 4 litr həcmli V6 TDİ dizel mühərriklə, 7 pilləli sürət qutusu ilə və 6 mC enerji hasil edən hibrid sistemlə təchiz edilib. Audi maşını da Porsche-dəki kimi hibrid sistemə keçib. Beləliklə, almanlar avtomobilin performasını artırıb və sərfiyyatı azaldıblar.

Qeyd edək ki, Volkswagen-in ekologiyanı çirkləndirmə qalmaqalından sonra Audi və Porsche maşınların sayını azaldıblar. Artıq almanlar yarışlarda üç yox, iki maşınla iştirak edəcəklər.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm WEC
Mənbə
Baxış Sayı 422
Teqlər , , , , ,
Paylaş

logo