22 Noyabr 2017, Çərşənbə - 13:10

Audi, BMW və Mercedes-Benz komandaları mövsüm hazırlıqlarına İspaniyada start veriblər

Audi, BMW və Mercedes-Benz komandaları mövsüm hazırlıqlarına İspaniyada start veriblər

Müəllif: Ruslan Musayev, redaktor

14:55 - 24 Fevral, 2016

Avtomobil idmanı həvəskarlarının diqqətinin İspaniyanın Barselonadakı trekində keçirilən Formula1 testlərinə yönəldiyi bir anda, bu ölkənin digər bir güşəsində maraq və həyəcanına görə heç də F1-dən geri qalmayan DTM (Deutsche Touringwagen Masters) çempionatının hazırlıq testləri başlayıb. Audi, BMW və Mercedes-Benz komandalıarının qatıldıqları testlər Monteblanko şəhərinin yaxınlaığındakı yarış trekində təşkil edilib. Xatırladaq ki, mövsümün ilk tamölçülü testləri aprel ayının 7-8 tarixlərində Hokkenhaym trekində baş tutmalıdır.

F-1.az Autograph.az saytına istinadən bildirir ki, hələlik komandalar yeni mövsümdə çıxış edəcək yariş avtomobillərinin hazırlıq səviyyəsini yoxlamaq niyyətindədirlər. Üçgünlük testlərin ilk günündə Audi komandasını Mattias Ekstrem və Ceymi Qrin, BMW komandasını – Marko Vittmann və Bruno Spenqler, Mercedes-Benz komandasını isə Robert Uikkens və Kristian Fitoris təmsil edirlər.

Hazırlıq testlərinin ilk gününün ən sürətli pilotu Audi komandasının təcrübəli idmançısı Mattias Ekstem olub. 179 dövrə vurmuş isveçli pilotun göstərdiyi ən yaxşı nəticə 1 dəqiqə 21,614 saniyə olub. Günün test protokolunun ikinci sətrini yeni Mercedes-AMG C63 DTM avtomobilinin pilotu Robert Uikkens zəbt edib. Mercedes-Benz komandasının kanadalı gənc pilotu 118 dövrə vuraraq 1 dəqiqə 21,653 saniyə vaxtla BMW komandasının pilotu Bruno Spenqleri üstələyib.

Üçüncü sətrin sahibi olmuş Bruno Spenqler BMW M4 DTM avtomobili ilə125 dövrə vurmağa müəssər olub. Kanadalı pilotun göstərdiyi vaxt 1 dəqiqə 22,000 saniyə təşkil edib. Günün protokolunda dördüncü yeri britaniyalı Ceymi Qrin (Audi RS5 DTM), beşinci yeri – Marko Vittmann (BMW M4 DTM), sonuncu yeri isə Kristian Fitoris (Mercedes-AMG C63 DTM) tutub.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm DTM
Mənbə
Baxış Sayı 509
Teqlər , , ,
Paylaş

logo