11 Dekabr 2017, Bazar ertəsi - 08:03

Aston Martin titul sponsoru olacaq?

Aston Martin titul sponsoru olacaq?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:07 - 17 Sentyabr, 2017

Britaniyanın məşhur Aston Martin avtomobil istehsalçısı gələn mövsümdən Red Bull komandasının titul sponsoru ola bilər – Avstriya təmsilçisinin İnfiniti brendi ilə olan əməkdaşlığı britaniyalılarla da təkrarlana bilər.

F-1.az MotorSport.Com-a istinadən bildirir ki, hər iki tərəfin xəbəri şərh etməkdən boyun qaçırmasına baxmayaraq, yaxın günlərdə rəsmi bəyanatın elan olunması gözlənilir və komanda 2018-ci ildən etibarən Aston Martin Red Bull Racing adlanacaq.

Kristian Horner: “Siz istədiyiniz qədər güman edə bilərsiniz, amma mən heç nəyi təsdiq etməyəcəm. Bizim Aston Martin-lə gözəl münasibətimiz var və biz onlar üçün Valkyrie hiperkarını təkmilləşdiririk.

Onlar öz işlərinin öhdəsindən əla gəlirlər, bizim üçün əla məhsul hazırlayırlar, onların aerodinamik borusunda bizim üçün bir çox detallar hazırlanır. Yaxın həftələrdə maraqlı xəbərlər olacaq…”

Aston Martin-in loqotipləri Red Bull komandasının maşınlarında 2016-cı ilin əvvəlindən peyda olmuşdular, bundan başqa şirkət Red Bull Advanced Technologies-lə Valkyrie hiperkarı vasitəsilə əməkdaşlıq edir.

Aston Martin-in və Red Bull komandasının potensial əməkdaşlığı avstriyalıların əvvəlki illərdə İnfiniti brendi ilə əməkdaşlığa bənzəyəcək və tərəfdaşlar arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.

Qeyd edək ki, sövdələşmədə Formula1-in yeni rəhbərliyi də maraqlıdır, çünki Aston Martin kimi nüfuzlu brendin çempionatda iştirakı idmanın xeyrinə olacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 913
Teqlər , , , , ,
Paylaş

logo