18 Dekabr 2017, Bazar ertəsi - 13:01

Aston Martin-in qərarı yeni reqlamentdən asılıdır

Aston Martin-in qərarı yeni reqlamentdən asılıdır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:14 - 20 Sentyabr, 2017

Biz bir neçə dəfə xəbər vermişdik ki, Red Bull komandasının tərəfdaşı Aston Martin şirkəti 2021-ci ildən çempionata motor təchizatçısı kimi qatılmaq istəyir.

F-1.az-ın əldə etdiyi məlumata görə, şirkətin icraçı direktoru Əndi Palmer bu sahədə ixtisaslaşmış İlmorCosworth şirkətləri ilə danışıqlar aparıb, amma o hesab edir ki, qərar güc qurğusunun yekun dəyərindən asılı olacaq…

Əndi Palmer: “Mən hazırda şirkətimizin gələn il bu idmanda proqramının nədən ibarət olması üzrə danışıqlar aparıram. Amma çox şey 2021-ci ildə qəbul olunacaq yeni motor reqlamentindən asılı olacaq.

Əgər idmana əvvəlki dramatizm qayıdarsa, mühərriklərin qiymətləri azalarsa, Aston Martin müstəqil motor təchizatçısı kimi çempionata gələ bilər. Bu halda biz artıq gələn ildən idmanda iştirakımızı genişləndirəcəyik. Ümid edirəm ki, yeni reqlament ilin sonunadək tam formalaşacaq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 175
Teqlər , , , ,
Paylaş

logo