Aston Martin idmana qayıdır

Aston Martin şirkəti Red Bull komandası ilə yeni əməkdaşlıq müqaviləsi imzalayıb və bu müqaviləyə əsasən Formula1-ə qayıdır...

F-1.az Red Bull-un mətbuat xidmətinə istinadən xəbər verir ki, Aston Martin markasının adı Red Bull-un saydpodlarının üzərinə vurulacaq. Aston Martin-in loqosu isə bolidin burnunda olacaq.

Beləliklə, Aston Martin markası 50 illik fasilədən sonra Formula1-ə qayıdıb.

Xatırladaq ki, keçən ilin iyul ayında Aston Martin-in adı Red Bull komandası ilə hallanırdı. Hətta söz-söhbət var idi ki, əgər Red Bull və Aston Martin əməkdaşlığa başlasalar, avstriyalılar Mercedes mühərriklərini ala biləcəklər, amma keçənilki danışıqların heç bir nəticəsi olmadı.

Bundan sonra Aston Martin başqa komandalarla da danışıqlar apardı və artıq hamı Aston Martin-in Force İndia komandası ilə müqavilə bağlayacağını düşünürdü, amma bu danışıqların da heç bir nəticəsi olmadı.

Amma hadisələrin gedişatı göstərir ki, Aston Martin və Red Bull arasında gedən danışıqlar hələ də davam edirmiş. Bu gün isə hər iki tərəf yeni əməkdaşlıq barədə ictimaiyyəti məlumatlandırıb.

Bu müqaviləyə əsasən Red Bull komandasının gələn ildən Mercedes mühərriklərindən istifadə edəcəyi ilə bağlı heç bir məlumat verilməyib…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*