Apellyasiya məhkəməsi aprelin 14-ünə təyin olunub

FİA-nın mətbuat xidməti bildirib ki, bazar ertəsi aprelin 14-də saat 9:30-da Parisdə Beynəlxalq Apelyasiya Məhkəməsi növbəti iclasında Avstriya Avtomobil Klubu […]

FİA-nın mətbuat xidməti bildirib ki, bazar ertəsi aprelin 14-də saat 9:30-da Parisdə Beynəlxalq Apelyasiya Məhkəməsi növbəti iclasında Avstriya Avtomobil Klubu (Österreichischer Automobil-Motorrad und Touring Club) və Avtoİdman üzrə Ali Milli İdman Komissiyasının (Oberste Nationale Sportkommission für den Motorsport) Red Bull komandası adından verilmiş şikayətinə baxacaq.

Xatırladaq ki, Avstraliya Qran Prisinin stüardları 16 mart 2014-cü il tarixli 56 saylı qərarla həmin gün yarışda ikinci yeri tutmuş Daniel Rikkardonun 3 nömrəli maşınını yarışın protokollarından xaric ediblər. Buna səbəb kimi maşının texniki reqlamentə uyğunsuzluğu göstərilib. FİA-nın texniki nümayəndəsi stüardlara xəbər verib ki, 3 nömrəli maşında yanacaq sərfiyyatı 100 kq/saatdan artıq olub.

Dünən ÖAMTC və OSK birlikdə Red Bull komandasının adından Beynəlxalq Apellyasiya Məhkəməsində stüardların qərarına qarşı iddia qaldırıblar…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*