Yaponiya-2016: Texniki analiz

Mövsümün sonuna yaxınlaşdıqca komandalar növbəti ilin maşını üzərində işləri intensivləşdirirlər. Bununla əlaqədar olaraq Suzukaya çox az texniki yenilik gətirilib. Çox güman ki, növbəti yarışlarda da komandalar yenilikləri daha əvvəl hazırladıqları həllərlə əvəz edəcəklər. F-1.az son yenilikləri təqdim edir...

Ferrari SF16-H-ın ön qanadının konfiqurasiyası

Yaponiyaya Ferrari iki ön antiqanad gətirdi ki, bunlar ilk baxışda tamamilə eyni kimi görünürdülər.

Yaxından nəzərdən keçirilmə zamanı məlum oldu ki, fərqlər yan lövhənin lap yanında – qanadın əsas səthinin olduğu sahədəki baş kaskadın elementlərinin yaxınlığında gizlənib.

Ferrari SF16-H-ın ön qanadının konfiqurasiyası
Ferrari SF16-H-in ön qanadının konfiqurasiyası

 

Yuxarıda verilən şəkildə profilin “tunel” əmələ gətirən əyrilik dirsəyi yaxşı görünür. Solda yan lövhənin böyründə (şəkildə sarı rənglə fərqləndirilib) enli işıq zolağı görmək mümkündür, halbuki sağ tərəfdə o yoxdur.

Dəyişiklik qismən kiçikdir, amma o, bu sahədəki hava axınlarının mənzərəsində, ilk növbədə də qabaq təkərdən yan keçməklə havanın istiqamətini dəyişdirən “tunelin” işində özünü göstərir.

Əlbəttə, vasitəli təsir maşının gövdəsi boyunca və onun altlığının aşağısından keçən axınlara da göstəriləcək.

 

Ferrari SF16-H ön qanadının pilonları
Ferrari SF16-H-in ön qanadının pilonları

 

Yaponiyaya növbəti mərhələyə gələrək Maranellodan olan komanda ilk dəfə bir həftə əvvəl Malayziyada meydana çıxmış yeniliklərlə işi davam etdirdi.

Mövsümün bu dövründə bütün komandalar – Ferrari də istisna deyil – yenilikləri yalnız hələ baş tutmamış yarışlardan fayda götürmək deyil, həm də görülmüş işlərin nəticələrindən 2017-ci ildə yararlanmaq hesabı ilə hazırlayırlar.

Təkcə Rəykkönenin maşınında (yuxarıdakı foto) nəzərə çarpmış yeni pilonlar bir az uzun idi, eləcə də müqavimət sipəri ilə təmas nöqtəsində daha az əyilmiş idi.

Bu, aşağıya doğru gedən və sonra da yeniləndirilmiş dönmə pərlərinə və təzədən peyda olmuş “yarasa qanadları”na düşən hava axını ilə qarşılıqlı təsiri dəyişir.

Dönmə pərlərinin özləri iki əvəzinə üç hissəyə bölünmüşlər (iki kəsmə-dəliyə malikdirlər), bununla konstruktorlar onların səmərəliliyini yüksəltməyə can atırlar.

Ferrari SF16-H ön qanadının pilonları
Ferrari SF16-H-in ön qanadının pilonları

 

Pərlərin aşağı hissəsindəki üfüqi element tədrici əyilmiş yox, L-şəkilli oldu ki, hava axını və Y250 qasırğası kimi obyektlərlə “əməliyyat aparmaq” mümkünə çevrilsin.

Aparılmış tədqiqatların bu sahəni ciddi dəyişikliklərə uğrayacağı gələn ildə böyük kömək göstərəcəyini güman etmək üçün tutarlı əsaslar vardır.

Xatırladaq ki, 2017-ci ildə “burunun” ölçüsü indiki 850 mm-dən 1050 mm-dək uzanacaq ki, bu da maşının bütün ön hissəsinin aerodinamik konfiqurasiyasında özünü göstərəcək.

 

Renault RS16-nın altlığı

Enstounda arxa təkərlərin önündəki sahəyə diqqət yetirmək qərarına gəldilər – o, Yaponiya Qran Prisi ərəfəsində işlənib tamamlanmışdı.

Yan şaquli bortcuqlardan daxili olanı öz yerini birdən-birə iki elementə verib. Bunlardan birincisi, indi çox irəliyə çıxır və pontonun ətrafına dolanıb keçən axını “ələ keçirmək” üçün əyri-dirsəyi vardır.

Renault RS16-nın altlığı
Renault RS16-nın altlığı

 

Bundan başqa, həmin elementin arxa kənar-haşiyəsi əvvəl olduğundan xeyli çox meyillik əldə etmişdir. Bu, axınları ayırmağa və onun ardınca gələn ikinci bortcuğa kömək etməyə imkan verir. O daha yuxarıdadır və köndələn kəsimdə əyri-dirsəyə malikdir.

Bu elementlər digər “xırdalıqlar” səpintisi ilə birlikdə həmin sahədə təkərlə təmasa girmiş turbulent havaya nəzarət etməyə xidmət göstərir. Təkər yüklənmə altında deformasiyaya uğrayanda mənfi effekt xüsusilə güclü olur – bu zaman qasırğalı axınlar birbaşa diffuzora yönələrək onun işini pozur.

Müxtəlif kəsmə-dəliklər və bortcuqlar imkan daxilində diffuzoru arzuolunmaz təsirlərdən qoruyur ki, bu da təkcə onun səmərəliliyini qorumur, həm də keçid şəraitlərində şassinin ümumi tarazlığını yaxşılaşdırır.

Mənbə: Giorgio Piola, Matt Somerfield, Afgan Haji
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*