Necə işləyir: Yan pontonlar

Formula1 bolidlərinin yan pontonları bir çox texniki həlli gizlədir, ancaq onların əsas vəzifəsi - pilotun təhlükəsizliyinə və aerodinamik effektivliyə zərər vurmadan soyutma sisteminin radiatoruna lazımi hava kütləsini yönəltməkdir.

F-1.az xatırladır ki, çempionatın reqlamenti yan pontonlar üzərində hər hansı yeniliklərin tətbiqini demək olar ki, sıfıra endirib.

yan pontonlar ferrari 2

Hazırda yan pontonlar bolidin ümumi aerodinamikasında mühüm rol oynamaqda davam edir.

Yan pontonların quruluşuna ən çox təsir edən ön qanaddan istiqamətlənən hava kütləsidir.

on qanad

Yan pontonların konstruksiyasında, yandan olan zərbələrin ağırlığını azaldaraq FİA-nın çarpma (krəş) testini keçməyə imkan verən, eləcə də, içərisində mühərriyi soyudan radiatorlar, ötürmə qutusu, ERS və çoxlu sayda elektron blokları cəmləyən, xüsusi təhlükəsizlik xanalarından istifadə olunur.

Pontonların yan hissələri çox möhkəm olur, FİA-nın krəş testi isə 35 km/saat sürətdə yan hissədən 780 kq-lıq yan təsir nəzərdə tutur. Məhz buna görə də, bolidin hazırlanması zamanı daxili elementlər (ötürmələr qutusu, radiatorlar və s.) elə yerləşdirilir ki, zərbədən əmələ gələn enerjini uda bilsinlər.

sauber

Pontonların daxilində hərəkət edən hava kütləsinin nizama salınması soyutma sistemlərinin optimal işləməsi üçün çox əhəmiyyətlidir.

Adətən, müxtəlif radiatorların qabırğaları hava kütləsinin sürətini, ön qanadın önündə olan hava kütləsinin sürəti ilə nisbətdə 15-20% azaldır.

Beləliklə, yan pontonların konstruksiyasının hazırlanması zamanı bütün bu faktorlar nəzərə alınır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*