Braziliya-2016: Texniki analiz

Mövsümün son yarışlarında komandalar gələn il üçün hazırladıqları bəzi yenilikləri nümayiş etdiriblər - F-1.az bu yeniliklərlə sizi tanış edir...

Toro Rosso STR11-in arxa qanadı

Mövsümün ortalarında Faenzada hazırlanmış yenilənmələr paketi gözlənilən artımı gətirmədi – amma komanda maşın üzərində işi də davam etdirir.

Yaranmış vəziyyət paralel olaraq məhz nəyin lazımınca çalışmamasını aydınlaşdırmalı və bununla birlikdə konkret Qran Prilərə hazırlaşmalı olan komandanın planlarında özünü göstərdi.

Əgər sadə tərzdə söyləsək – yeniliklər STR-də gözlədikləri bu cür asfaltayatma qüvvəsini təmin edirdi, amma bununla bərabər ön müqavimət də xeyli artmışdı ki, bunu heç kim hesablamamışdı.

Toro Rosso STR11-in arxa qanadı

Malayziyaya komanda əsas səthi ortadan dar, yanlardan enli kəpənək qanadları formasında icra edilmiş yeni arxa qanad gətirdi. Cümə axşamı San Pauludakı texniki təftiş zamanı STR11-də də bu qanad quraşdırılmışdı.

 

McLaren-in “tıxanmış” oxu

F1 komandaları adətən maşının ön hissəsində “yelçəkən” oxdan istifadə edirlər. Ancaq San Pauluda tamamilə əks tərəfli bəndə üz tutdular.

Mövsümün son Qran Prilərindən 2017-ci ilə hazırlığın birinci mərhələsi qismində istifadə etməklə Uokinqdən olan mühəndislər MP4-31-i çoxsaylı yeni elementlər, sensorlar və kameralarla təchiz etdilər.

Son vaxtlar McLaren indiki reqlament hüdudunda olan, amma açıq-aşkar gələcəyə ünvanlanmış ideyaları fəal surətdə sınaqdan keçirir. Bu, radikal qayda dəyişikliyi ərəfəsində aparıcı aerodinamik prinsipləri başa düşməyə kömək edir.

McLaren-in “tıxanmış” oxu

İndiki reqlament müəyyən təftişlərə məruz qalsa da, əslində 2009-cu ildən dəyişilməmişdi. Komandalar hava axınlarını ön təkərlərdən yana aparmağı yaxşı öyrənmiş, bunun üçün antiqanad və əyləc havauducularının sahəsində mürəkkəb strukturlar düzümləməyi əxz etmişlər. Gələn ildə mənzərə əhəmiyyətli dərəcədə başqa cür ola bilər.

O cümlədən, dəyişikliklər özünü olduqca səmərəli göstərmiş qərarlara – əyləc havauducularına düşən havanı kənara yönəltməyə verən “yelçəkən” oxa toxuna bilər.

Bu axın disk və təkərlə təmas nəticəsində meydana gələn turbulentliyin aşağı salınması üçün istifadə edilir, həmçinin də havanı şassi boyunca arzu olunan istiqamətdə yenidən istiqamətləndirməyə kömək edir.

Braziliyada komanda sferik ucluq yerləşdirməklə Alonsonun maşınında oxu tıxadı. Maraqlıdır ki, həm də giriş dəliyi bağlanıldı.

 

Mercedes W07-də Kil ölçmə cihazları olan matrisa

Dünya çempionları F-1-in yeni reqlamentə keçidi ərəfəsində axtatışlarını davam etdirirlər. Braziliyada Lyuis Həmiltonun maşını özüyeriyən laboratoriyaya çevrildi.

Cümə günü W07-nin arxa hissəsində komandaların ənənəvi olaraq aerodinamik mənzərənin detallaşdırılması üçün istifadə etdikləri böyük barmaqlıq peyda oldu.

Diqqətəlayiqdir ki, matrisanın üfüqi “qabırğaları” bir-birinə paralel deyil, müxtəlif bucaqlar altında yerləşdirilmişdi ki, Kil ölçmə cihazları daha çox zəruri məlumatlar toplaya bilsin.

Mercedes W07-də Kil göstərici cihazları olan matrisa

 

İndiki halda Mercedes üçün başlıca maraq təşkil edən arxa təkərdən sonra yerləşən və diffuzor ətrafında olan turbulent havanın mənzərəsi idi. Bu hissədə 2017-ci ildə ciddi dəyişikliklər gözlənilir.

Toplanılan məlumatlar mühəndislər üçün gələcək mövsümün mövsümöncəsi testlərində artıq yeni maşınla toplanacaq informasiyanın həcmini daha dəqiq qiymətləndirməyə imkan verməlidir.

 

Williams FW38-in ön qanadının yoxlanması

San Pauluda Britaniya komandası yenə öz maşınlarını kameralarla təchiz elədilər ki, aerodinamik elementlərin yüklənmə altındakı davranış özünəməxsusluqlarını öyrənsinlər.

Ön antiqanadın vertikal elementlərin yuxarı hissəsində damavari yapışqanlar dəsti peyda oldu. Dövrənin gedişində neytral sahədə quraşdırlmış kamera bunların yerdəyişməsini fiksə edirdi.

Williams FW38-in ön qanadının yoxlanması

 

Bu informasiya harada sərtliyin artırılmasını, harada isə onun indi yetərli olduğunu anlamağa kömək edir. Bu addımlar qanadın ümumi səmərəsini yüksəltməyə kömək edir.

İndi, mövsümün sonunda bu çətin ki, cari maşın üçün çox fayda gətirsin, amma şübhəsiz ki, gələcək FW40 üzərində iş üçün çox faydalı olacaq.

 

Mənbə: Giorgio Piola, Matt Somerfield, Afgan Haji
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*