15 Dekabr 2017, Cümə - 23:50

Amerikada sürücüləri Maykl Baffer təqdim edəcək

Amerikada sürücüləri Maykl Baffer təqdim edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:05 - 10 Oktyabr, 2017

Ostində Formula1 sürücülərini yarışdan əvvəl trasa toplaşmış azarkeşlərə Maykl Baffer təqdim edəcək.

F-1.az bildirir ki, Maykl boks və döyüş yarışlarının peşəkar təqdimatçısıdır. Bundan ötrü FİA biryarışlıq starta hazırlıq prosedurunda ənənəvi ardıcıllıqda dəyişiklik edəcək – hər bir sürücünün ad və soyadındakı saitlərin Bafferin manerasında uzadılması daha çox zaman tələb edəcək…

Şon Bratçes: “Biz Formula1 yarışlarının əyləncə proqramı çərçivəsində Bafferi milli yarışımıza cəlb etdiyimiz üçün çox şadıq. Mən Mayklla 30 ildən çoxdur ki, tanışam və bilirəm ki, bu işi ondan yaxşı görən yoxdur. Həm də Maykl ABŞ Qran Prisinə çox yaraşır…”

Maykl Baffer “Mən bütün dünyada bir çox idman tədbirlərində iştirak etmişəm, dünyanın ən məşhur idmançılarını toplaşanlara təqdim etmişəm, indi isə dünyanın ən yaxşı sürücüləri ilə tanış olacam. Onlar bu şounun ulduzlarıdır, mən onları yarışın startından əvvəl, hələ sükan arxasında oturmazdan əvvəl bütün enerjim və adrenalinlə təqdim etmək istəyirəm”.

Çarli Uaytinq: “Formula1-in yeni sahiblərindən belə bir təklif aldıq, ona görə də yalnız bu yarış üçün istisna etdik, çünki startdan əvvəl sürücülərin təqdimatı zaman tələb edəcək. Startdan əvvəlki son dəqiqələr həmişə çox həyəcanlı olur, biz şadıq ki, bu dəqiqələr tribunalar üçün də maraqlı olacaq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 358
Teqlər , , , ,
Paylaş

logo