Alonsonun kartodromunda 11 yaşlı sürücü həlak olub…

Dünən kartinq üzrə Asturiya çempionatının şənbə yarışında qəza zamanı aldığı zədələrdən sonra Qonzalo Basurto dünyasını dəyişib...

Fernando Alonsoya məxsus olan trasda baş tutan həftəsonu zamanı 11 yaşlı Basurtonun kartı qəza zamanı aşıb. Gənc sürücü ağır vəziyyətdə Asturiyanın paytaxtı Ovyedonun mərkəzi hospitalına çatdırılıb.

Gonzalo Basurto

 

Amma bu gün səhər İspaniya Avtomobil Federasiyası Basurtonun özünə gəlmədən dünyasını dəyişdiyini təsdiq edib:

“Qonzalo Basurtonun vəfatı barədə xəbəri təsdiq edirik. İspaniya avtoidmanı onu itirdiyinə görə kədərlidir. Torpağın yüngül olsun, Qonzalo…”

 

F-1.az bildirir ki, Fernando Alonso hazırda İndy500 yarışına hazırlıq çərçivəsində Amerikadadır və bu xəbəri orada alıb, ikiqat dünya çempionu xəbərdən üzüldüyünü sosial şəbəkədə paylaşıb:

“Bu gün səhər yuxudan duranda ən kədərli günümü yaşadım. Üzgünəm. Qonzalonun ailəsinə və bütün kartinq aləminə başsağlığı verirəm…”

Gonzalo Basurto

 

Karlos Sayns da hadisədən kədərləndiyini dilə gətirib:

“Torpağın yüngül olsun, Qonzalo Barusto. Təəssüf ki, avtoidman daim bizə risklə bağlı olduğunu xatırladır. Ailəsinə başsağlığı bildirirəm…”

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*