Alonso Mercedes AMG-nin dominantlığına McLaren-in son qoyacağına əmindir

Ferrari-dən McLaren Honda-ya böyük ümidlərlə gələn Fernando Alonso artıq 2-ci ildir ki, çempionluq yarışından çox uzaqda qalır.

F-1.az xəbər verir ki, o, McLaren Honda layihəsinin uğurlu olacağına əmindir.

Fernando Alonso: “Bu layihə Mercedes AMG-ni məğlub edə biləcək bir layihədir. Düzdür, bu çox vaxtımızı alacaq. Çünki Formula1-də sehrli həll yolları yoxdur və hər şey bir anda baş vermir. Lakin mən komandanın tutduğu yolun düz olduğuna əminəm. Biz, doğru yerdəyik.

Maşınımızın Mercedes-i məğlub edə biləcəyini düşünürəm. Hamı qalib gəlmək və çempion olmaq istəyir. Amma indi buna ancaq Lyuis və Niko yaxındır. Çempionluq üçün onlar mübaizə aparır. Ümid edirəm ki, qısa müddətdən sonra biz də bu mübarizəyə qoşularıq…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*