Alonso İspaniyanın ən varlı idmançısıdır

İspaniyada aparılan araşdırmaya əsasən ölkənin ən varlı idmançısı Formula1 üzrə ikiqat Dünya Çempionu Fernando Alonsodur.

F-1.az xatırladır ki, Alonso 2005-ci və 2006-cı illərdə Formula1 üzrə Dünya Çempionu olmuş və hazırda ən güclü sürücülərdən biri sayılır. İspaniyalı sürücü karyerası ərzində 97 dəfə podiuma yüksəlib.

Karyerası ərzində Minardi, Renault, McLaren və Ferrari komandalarında çıxış edən Alonso hazırda Formula1-in ən çox pul qazanan sürücülərindəndir.

El Mundo nəşrinin xəbərinə görə, Formula1-də son qələbəsini 2013-cü ildə qazanmış Alonso İspaniyanın ən varlı 200 adamının siyahısına daxil olub. 35 yaşlı sürücünün səltənəti 200 milyon avro olub və buna görə də İspaniyanın ən varlı idmançısı seçilib. Alonsodan başqa siyahıya girən digər idmançı Rafael Nadal olub. Alonso 197-ci, Nadal isə 198-ci yeri tutublar.

İspaniyanın ən varlı adamı İnditex Moda Qrupunun qurucusu Amansio Orteqadır. Onun 67,7 milyard avro sərvəti var. Orteqa eyni zamanda dünyanın ən varlı ikinci adamıdır.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*