18 Dekabr 2018, Çərşənbə axşamı - 23:19

Alonso gələn il testlərə qatıla bilər

Alonso gələn il testlərə qatıla bilər

Müəllif: Rauf Hacıyev, redaktor

12:05 - 24 Noyabr, 2018

McLaren komandasının rəhbəri Zek Braun 2019-cu ildə Alonso ilə testlər edə biləcəklərini deyib

F-1.az xatırladır ki, ispaniyalı sürücü Formula1-dən ayrılır. Amma gələn il WEC və İndyCar seriyalarına fokuslanması gözlənilsə də, McLaren-dən qopa bilmir.

Zek Braun: “Fernando çox ağıllı, təcrübəlidir və F1-i sevir. WEC və ya F1 olmayan həftələrdə, ya İndyCar yarışında, ya da kart trasında olur. Onu trasdan uzaq tutmaq çətin olacaq. Mühəndislik və inkişaf işlərini sevir və sadəcə tras barədə geribildirim vermir. Buna görə də onu McLaren-də görməyə davam edəcəksiniz. Ailənin bir parçası olaraq qalmağa davam edəcək.

Onun komandadakı təsiri sürücülərimizə də faydalı olacaq. Karlosu yaxşı tanıyır və Landonu da tanıyacaq. Fernandonun təcrübəsi bizim üçün dəyərlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 217
Teqlər ,
Paylaş

logo