19 Oktyabr 2018, Cümə - 21:49

Alonso Bəhreyndə yarışmayacaq?

Alonso Bəhreyndə yarışmayacaq?

Müəllif: Elçin Zodorov, redaktor

12:11 - 29 Mart, 2016

McLaren Honda-nın İspaniyalı sürücüsünün Avstraliyadakı qəzadan sonra ağrıları davam edir…

F-1.az xatırladır ki, Fernando Alonso Melburnda 300 km/saat sürətlə gedərkən çox ağır qəzaya uğramışdı.

İspaniyalı sürücü qəzadan 10 günə yaxın vaxtın keçməsinə baxmayaraq, hələ də ağrılarının davam etdiyini təsdiqləyib.

FİA-nın həkimlərindən olan Yurgen Lindemann onun qəzası barədə deyib: “Belə bir qəzadan ağır yaralanmadan qurtulmaq Formula1 maşınlarının nə qədər təhlükəsiz olduğunu göstərir. Amma şans da sizinlə olmalıdır. Belə qəzalarda 1 həftə və ya daha çox davam edən əzələ və sümük ağrıları olur”.

Əgər Alonso bu həftə Bəhreyndə yarışa çıxa bilməsə, Stoffel Vandorn onu əvəzləməyə hazırdır. Biz gənc sürücünün Formula1-dəki debütünü görə bilərik…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 453
Teqlər , , ,
Paylaş

logo