Almaniya yarışının taleyi avqustda bəlli olacaq

Baden-Vürtemberq torpağının baş naziri Günter Ettinqer Almaniya Qran Prisinin 2010-cu ildə Hokkenhaymda keçirilməsi barədə danışıqları nikbinliklə qiymətləndirib. Hokkenhaym və Nürburqrinq […]

Baden-Vürtemberq torpağının baş naziri Günter Ettinqer Almaniya Qran Prisinin 2010-cu ildə Hokkenhaymda keçirilməsi barədə danışıqları nikbinliklə qiymətləndirib. Hokkenhaym və Nürburqrinq traslarının sahibləri milli Qran Prini növbə ilə qəbul etməyə razılaşmışdılar və gələn il növbə Hokkenhaymındır, amma yerli hökumətin mərhələni maliyyələşdirməkdən imtina etməsi təşkilatçıları çətin vəziyyətə qoyub. Ettinqer ümid edir ki, bu məsələ avqustun sonuna kimi uğurla həll olunacaq…

Günter Ettinqer: “Danışıqlarda irəliləyiş var. Məsələ yaxın 5-6 həftə ərzində həll oluna bilər, ümid edirəm ki, məsələ müsbət həll olunacaq, hərçənd indi danışıqların yekunu barədə danışmaq hələ tezdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*