24 Noyabr 2017, Cümə - 09:45

Almaniya Qran Prisi: Markesin uğurlu taktikası

Almaniya Qran Prisi: Markesin uğurlu taktikası

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:19 - 17 İyul, 2016

Kataloniyalı sürücü vaxtında “quru” motosikletə keçdiyi üçün finişdə ən yaxın izləyicisini də böyük fərqlə üstələyib.

F-1.az xəbər verir ki, yarış qurumaqda olan trasda başlayıb. Poulun sahibi Mark Markes birinci döngəyə lider kimi daxil olub, amma sonra mövqeyini itirməyə başlayıb. Əvvəlcə onu Valentio Rossi keçib, daha sonra Andrea Dovitsiozo irəli çıxıb. İkinci döngədə Danilo Petruççi də ispaniyalı sürücünü üstələyib.

Öndə isə italyanların gərgin mübarizəsi gedib, amma tezliklə bu qrupda da hər şey tam dəyişib: əvvəlcə Rossi geriyə düşüb, daha sonra isə Petruççi Andreanı üstələyərək liderliyə yüksəlib.

Yarışın 11-ci dövrəsinə iki əlamətdar hadisə baş verib: yarışa başçılıq edən Danilo yıxılb və tezliklə mübarizənid ayandırmalı olub, Markes də səhvə yol verib, trasdan çınqıllı zonaya düşüb və trasa 9-cu yerdə qayıdıb.

Bu yer Markın yarışda düşdüyü ən aşağı yer olub. Tras tam quruduğu üçün məlum olub ki, yağış təkərləri ilə start alan sürücülər quru təkərlər taxılmış motosikletlərə keçəcəklər – amma bu vaxtı dəqiq müəyyən etmək tələb olunub. Məhz Markes “quru” motosikletə keçən ilk sürücülərdən olub, sonradan məlum olub ki, bu riskli qərar tamamilə özünü doğruldub.

Yarışın ikinci hissəsində Markes hər dövrə böyük templə ilk beşliklə fərqi bağlamağa başlayıb – Dovitsiozo, Rossi, Kratçlou, Barbera və Miller “yağış” motosikletlərini gec dəyişdikləri üçün boksdan çıxdıqda Markesin arxasına düşüblər. Markes isə bu taktiki gedişlə liderliyi özünə qaytarıb.

Markes rahatca yarışı sona çatdırıb və qələbə hesabna aktivinə növbəti 25 xalı yazıb.

Son dövrəyə qədər Markla bir vaxtda motosikletini dəyişən Skott Reddinq ikinci yerdə gedib, amma yarışın sonunda Kratçlou və Dovitsiozo onu üstələyiblər. İlk altılığı Yannone və Pedrosa tamamlayıblar. Valentino Rossi 8-ci, keçənilki dünya çempionu Xorxe Lorenso isə 15-ci yeri tutublar…

YerNSürücüMotosikletZaman/Fərq
193 Mark MarkesHonda47:03.239
235 Kel KratçlouHonda+ 0:09.857
34 Andrea DovitsiozoDucati+ 0:11.613
445 Skott ReddinqDucati+ 0:11.992
529 Andrea YannoneDucati+ 0:22.755
626 Dani PedrosaHonda+ 0:25.920
743 Cek MillerHonda+ 0:26.043
846 Valentino RossiYamaha+ 0:26.449
98 Hektor BarberaDucati+ 0:26.614
1019 Alvaro BautistaAprilia+ 0:31.274
1150 Yucin LavertiDucati+ 0:41.208
1225 Maverik VinyalesSuzuki+ 0:42.158
1338 Brədli SmitYamaha+ 1:03.129
1441 Aleş EsparqaroSuzuki+ 1:06.091
1599 Xorxe LorensoYamaha+ 1:17.694
1653 Tito RabatHonda+ 1 dövrə
1776 Loris BazDucati+ 2 dövrə
1868 Yonni HernandesDucati+ 3 dövrə
44 Pol EsparqaroYamaha+ 13 dövrə
9 Danilo PetruççiDucati+ 18 dövrə

Son Xəbərlər

İnformasiya

Bölüm MotoGP
Mənbə
Baxış Sayı 345
Teqlər , , ,
Paylaş

logo