18 Oktyabr 2018, Cümə axşamı - 00:31

Almaniya-2018: Sıralanma turu

Almaniya-2018: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

18:12 - 21 İyul, 2018

Cümə günü hər iki məşq sessiyası isti asfaltda baş tutub, bu gün səhər isə yağış sürücülərin işinə mane olub. Yağıntı sıralanma turundan əvvəl dayanıb və temperatur yüksəlib. Lakin trasın bəzi hissələri tam qurumayıb.

F-1.az bildirir ki, Silverstounda olduğu kimi, Hokkenhaymda da poul qazanmağın böyük əhəmiyyəti yoxdur. Burada baş tutan son 10 yarışın yalnız dördündə ilk yerdən start alan sürücü qalib gələ bilib. Lakin mübarizə gərgin alınıb. Hər üç top komandanın sürücüləri poul uğrunda inamlı çıxış ediblər.

Pirelli Almaniyaya Medium və Soft təkərlərlə yanaşı, UltraSoft təkərləri gətirib. Cari mövsümdə bu üçlükdən yalnız Çində istifadə olunub. Tərkiblər arasında fərq böyük olub. Cümə günü isti havada UltraSoft-lar olduqca tez aşınıblar.

Birinci sessiyada bütün sürücülər UltraSoft təkərlərlə trasa çıxıblar. Rəykkönen ilk sessiyanın ən sürətlidi olub – 1:12.505. Həmiltonun maşınında hidravlik problemlər yaranıb və mühəndis ondan dayanmağı xahiş edib. Lyuis kokpiti tərk edərək maşını əli ilə itələyərək boksa gətirməyə çalışıb, lakin buna nail ola bilməyib. Britaniyalı poul uğrunda mübarizəni vaxtından əvvəl dayandırıb. Okon, Qasli, Hartli, Stroll və Vandorn növbəti mərhələyə keçə bilməyən sürücülər olublar.

İkinci sessiyada Ferstappen və Alonso ilk cəhdlərinə Soft təkərlərlə çıxıblar. Güc qurğusundakı dəyişikliklərə görə ən sondan start alacağı hələ dünəndən məlum olan Rikkardo bu sessiyada mübarizəyə qoşulmayıb. Eriksson çınqıllığa düşüb, lakin trasa qayıda bilib və boksa yönəlib. Asfalt çirklənib və təmizlənməsi üçün sessiya qırmızı bayraqlarla dayandırılıb. Fasilə 9 dəqiqə davam edib. Bütün sürücülər ikinci cəhdlərinə UltraSoft təkərlərlə çıxıblar. Ən yaxşı nəticəni Bottas göstərib – 1:12.152. Həmilton və Rikkardo ilə yanaşı, Alonso, Sirotkin və Eriksson da mübarizəni dayandırıblar.

Son sessiyada ilk cəhdlərdən sonra protokollara Fettel başçılıq edib – 1:11.539. Bottas onun nəticəsini yaxşılaşdırsa da, Fettel növbəti cəhddə daha sürətli olub – 1:11.212.

Beləliklə, Sebastyan Fettel mövsümdə beşinci, karyerasında isə 55-ci poulunu əldə edib. Ona 0.204 saniyə uduzan Valtteri Bottas isə ikinci olub. Yarışa ikinci sıradan Rəykkönen və Ferstappen, üçüncü sıradan isə Haas sürücüləri başlayacaqlar.

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
15Sebastyan FettelFerrari21:12.538641:12.50531:11.2127
277Valtteri BottasMercedes AMG31:12.962811:12.15231:11.4167
37Kimi RəykkönenFerrari11:12.505731:12.33631:11.5477
433Maks FerstappenRed Bull81:13.127521:12.18871:11.8226
520Kevin MaqnussenHaas71:13.105851:12.52341:12.2006
68Roman QrojanHaas41:12.986861:12.72241:12.5445
727Niko HülkenberqRenault121:13.479571:12.94661:12.5606
855Karlos SaynsRenault101:13.324891:13.03251:12.6926
916Şarl LeklerSauber61:13.0771081:12.99571:12.7176
1011Serxio PeresForce İndia111:13.42710101:13.07261:12.7743
1114Fernando AlonsoMcLaren141:13.61410111:13.6576
1235Sergey SirotkinWilliams151:13.70810121:13.7023
139Markus ErikssonSauber131:13.56210131:13.7367
1444Lyuis HəmiltonMercedes AMG51:13.0128140
153Daniel RikkardoRed Bull91:13.3186150
1631Esteban OkonForce İndia161:13.72010
1710Pyer QasliToro Rosso171:13.7499
1828Brendon HartliToro Rosso181:14.0458
1918Ləns StrollWilliams191:14.20610
202Stoffel VandornMcLaren201:14.40110

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 235
Teqlər , , , ,
Paylaş

logo