Almaniya-2018: Mətbuat konfranslarının cədvəli

Almaniya Qran Prisi günlərində FİA-nın rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı konfrans otağına dörd sürücü – Brendon Hartli (Toro Rosso), Niko Hülkenberq (Renault), Serxio Peres (Force İndia) və Sebastyan Fettel (Ferrari) dəvət olunub.

Cümə günü isə iki sərbəst yürüş sessiyası arasında fasilə zamanı komanda rəsmiləri jurnalistlərin suallarını cavablandıracaqlar: Bob Bell (Renault), Endi Qrin (Force İndia), Pyer Vaşe (Red Bull) və Pəddi Lou (Williams).

F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*