17 Dekabr 2017, Bazar - 10:14

Almaniya-2016: Üçüncü sərbəst yürüşlər

Almaniya-2016: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:08 - 30 İyul, 2016

Bu gün səhər komandalar sazlanmalara son düzəlişləri ediblər, sürücülər isə sıralanma turu və yarışa hazırlıqlarını davam etdiriblər. Əsas diqqət Soft və SuperSoft təkərlərin uzun məsafədə effektivliyinin qiymətləndirilməsinə yönəlib.

F-1. az bildirir ki, Mercedes AMG komandası sessiyanın əvvəlində Həmiltonu boksda düz pit-leynlə hərəkət edən Roman Qrojanın önünə buraxıb. Fransalı sürücü əyləci sərt basmaqla toqquşmadan qurtula bilib, insidenti araşdıran stüardlar isə komandanı 10 min Avro cərimə etməli olublar.

Bir dövrə vurduqdan sonra Kevin Maqnussen maşını mexaniklərə təhvil verib, bir müddət sonra trasa qayıdan danimarkalı sürücü nasazlıq üzündən sessiyanı vaxtından əvvəl başa vurmalı olub. Batton və Rikkardo sessiyanın ilk yarısını buraxıblar, trasa çıxan Censon maşının arxa hissəsinin qeyristabil olmasından gileylənib. Bir çox sürücülər birinci döngədə trasdan kənara çıxıblar, Serxio Peres isə maşınını porebriklər üzərində zədələyib.

Qrojan 3-cü döngədə yerində fırlanaraq trasdan çıxıb, boksa qayıtdıqdan sonra mexaniklər maşında ötürmələr qutusunu dəyişiblər və sürücü yarışın startında 5 yer itirməli olacaq. Sebastyan Fettel sessiyanın sonunda 10-cu döngədə ön antiqanadını zədələyib.

Protokollara isə Niko Rosberq başçılıq edib – 1:15.738, nahardan sonra bizi maraqlı sıralanma turu gözləyir…

YerNSürücüKomandaZamanFərqDövrə
16Niko RosberqMercedes AMG1:15.73816
244Lyuis HəmiltonMercedes AMG1:15.795+ 0:00.05719
33Daniel RikkardoRed Bull1:15.837+ 0:00.09913
47Kimi RəykkönenFerrari1:15.902+ 0:00.16416
55Sebastyan FettelFerrari1:16.104+ 0:00.36620
633Maks FerstappenRed Bull1:16.182+ 0:00.44423
777Valtteri BottasWilliams1:16.400+ 0:00.66228
819Felipe MassaWilliams1:16.630+ 0:00.89226
914Fernando AlonsoMcLaren1:16.916+ 0:01.17811
1027Niko HülkenberqForce İndia1:16.972+ 0:01.23416
1155Karlos SaynsToro Rosso1:17.028+ 0:01.29020
1211Serxio PeresForce İndia1:17.066+ 0:01.32810
1321Esteban QutyerresHaas1:17.160+ 0:01.42217
1426Daniil KvyatToro Rosso1:17.227+ 0:01.48919
1520Kevin MaqnussenRenault1:17.351+ 0:01.6139
1630Colion PalmerRenault1:17.473+ 0:01.73523
179Markus ErikssonSauber1:17.685+ 0:01.94719
1812Felipe NasrSauber1:18.057+ 0:02.31924
1922Censon BattonMcLaren1:18.093+ 0:02.3556
2094Paskal VerlyaynManor1:18.270+ 0:02.53224
2188Rio HaryantoManor1:18.272+ 0:02.53418
228Roman QrojanHaas1:25.160+ 0:09.4224

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 159
Teqlər , , , ,
Paylaş

logo