16 Dekabr 2017, Şənbə - 20:57

Almaniya-2016: Sıralanma turu

Almaniya-2016: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:12 - 30 İyul, 2016

Hokkenhaymrinqdə ötmək mümkündür, amma motorlara və maşının effektivliynə tələbkar olan bir trasda sıralanma turunda qüvvələr nisbəti, əgər hava şəraiti yarışın gedişinə müdaxilə etməsə, demək olar ki, həmişə yarışın protokoluna müvafiq olur – son on ildə poulun sahibi yarışın finişində sevinən tərəf olub.

F-1.az bildirir ki, məşqlərdə Mercedes AMG sürücüləri dominantlıq ediblər – Niko Rosberq ev trasında bütün sərbəst yürüşlərin protokollarına başçılıq edib, Lyuis Həmilton isə hər üç halda ikinci olub, amma favoritlərin arxasında qısa dövrədə nəticələr çox sıx alınıb. Dünən liderlərə ən yaxın Ferrari sürücüləri olmuşdular, bu gün isə Red Bull sürücüləri sürətləniblər – Rikkardo liderdən cəmi 0.1 saniyə geri qalıb.

Qrojanın maşınında ötürmələr qutusu dəyişdirildiyi üçün sabahkı yarışın startında  yer itirmək cəzası alıb.

Pirelli Hokkenhayma mövsümün ən populyar orta üçlüyünü – Medium, Soft və SuperSoft tərkiblərini gətiriblər. Medium-dan minimum sifariş verən komandalar sıralanma turunda əsas üstünlüyü SuperSoft-a veriblər.

Birinci sessiyada Mercedes AMG komandasının sürücüləri Soft tərkibi ilə yalnız bir cəhd ediblər – bununla da qırmızı təkərlərə qənaət edən sürücülər hələ protokollara da başçılıq ediblər: Lyuis Həmilton sarı təkərlərlə komanda yoldaşından 0.2 saniyə sürətli olub – 1:15.243.

Digər sürücülər isə SuperSoft-la trasa çıxıblar, Daniel Rikkardo Həmiltona 0.3 saniyə uduzub. Mübarizəni isə Maqnussen, Verlyayn, Kvyat, Haryanto, Nasr və Eriksson dayandırıblar.

İkinci sessiyada hamı SuperSoft-a keçib. Mercedes sürücüləri trasa birinci çıxıblar və Həmilton yenə də hamıdan sürətli olub – 1:14.748, amma bu dəfə komanda yoldaşını cəmi 0.09 saniyə üstələyib.

Liderlərə ən yaxın nəticəni Ferstappen göstərib – gənc sürücü Lyuisə 0.4 saniyə uduzub. Mübarizəni isə Qutyerres, Batton, Sayns, Alonso, Qrojan və Palmer dayandırıblar.

Son sessiyada Fettel və Force İndia sürücüləri ilk cəhdlərinə işlənmiş qırmızı təkərlərlə çıxıblar. Rosberq sürətli dövrəsini yarımçıq qoyaraq boksa qayıdıb – elektronika sıradan çıxıb, Həmilton isə protokollara başçılıq edib – 1:14.486. Rikkardo 0.2 saniyə geridə qərarlaşıb.

İkinci cəhdində Rosberq 1:14.363 nəticə ilə liderliyi ələ alıb, arxadan gələn Həmilton isə ikinci sektorda təkərləri bloka salaraq nəticəsini yaxşılaşdıra bilməyib və ikinci qalıb.

Niko Rosberq ev trasında sıralanma turunda qalib gələrək mövsümdə 5-ci, karyerasında isə 27-ci poulunu qazanıb. Lyuis Həmilton komanda yoldaşına 0.1 saniyə uduzub və sabah ilk döngəyə öndə girməyə çalışacaq – Mercedes yenə də ilk cərgəni tam zəbt edib.

İkinci cərgə isə bütünlüklə Red Bull-un ixtiyarında olacaq – Daniel Rikkardo 0.1 saniyə gənc komanda yoldaşından üstün olub. Üçüncü cərgə isə artıq Ferrari üçün normaya çevrilir – Kimi Rəykkönen yenə də Fetteldən üstün olub.

Sabah bizi maraqlı start və yarış gözləyir!

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
16Niko RosberqMercedes AMG21:15.485321:14.83931:14.3636
244Lyuis HəmiltonMercedes AMG11:15.243311:14.74831:14.4706
33Daniel RikkardoRed Bull31:15.591371:15.54551:14.7266
433Maks FerstappenRed Bull51:15.875331:15.12431:14.8346
55Kimi RəykkönenFerrari41:15.752341:15.24231:15.1426
67Sebastyan FettelFerrari61:15.927391:15.63051:15.3156
727Niko HülkenberqForce İndia111:16.301381:15.62361:15.5106
877Valtteri BottasWilliams71:15.952351:15.49061:15.5303
911Serxio PeresForce İndia91:16.169461:15.50061:15.5377
1019Felipe MassaWilliams151:16.5034101:15.69961:15.6153
1121Esteban QutyerresHaas81:15.9878111:15.8836
1222Censon BattonMcLaren101:16.1728121:15.9096
1355Karlos SaynsToro Rosso121:16.3176131:15.9896
1414Fernando AlonsoMcLaren141:16.3385141:16.0416
158Roman QrojanHaas131:16.3288151:16.0866
1630Colion PalmerRenault161:16.6368161:16.6656
1720Kevin MaqnussenRenault171:16.7168
1894Paskal VerlyaynManor181:16.71710
1926Daniil KvyatToro Rosso191:16.8766
2088Rio HaryantoManor201:16.9779
2112Felipe NasrSauber211:17.1236
229Markus ErikssonSauber221:17.2386

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 264
Teqlər , , , , ,
Paylaş

logo