Almaniya-2016: Pirelli-dən Medium, Soft və SuperSoft

İkiillik fasilədən sonra Formula1 Almaniyaya qayıdır.

F-1.az bildirir ki, Hokkenhaym mərhələsi ərəfəsində Pirelli Motorsport-un başçısı Pol Hembri şirkətin orta üçlüyü (Medium, Soft və SuperSoft) seçməsini şərh edib…

Pol Hembri: “Hansısa mənada Hokkenhaym naməlum yerdir. Bu trasda sonuncu yarışımızdan iki il  keçir. Bundan əvvəl də bu trasda yarışlar Nürburqrinqlə növbəli keçirilirdi, ona görə də digər traslarla müqayisədə bu tras barədə elə də çox məlumatımız yoxdur.

Builki maşınlar 2014-cü illə müqayisədə çox sürətləniblər, ona görə də biz daha bərk təkərləri gətirmişik.

İki il əvvəl baş tutan yarışın gedişinə hava şəraiti ciddi müdaxilə etmişdi – yarış zamanı trasın temperaturu sıralanma turunda olduğundan 20 dərəcə aşağı idi. Almaniya Qran Prisi həmişə eyni vaxtda olduğu üçün bu il də eyni halın təkrar olunması ehtimalı yüksəkdir…”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*