Almaniya-2016: Mətbuat konfranslarının cədvəlləri

Almaniya Qran Prisi günlərində FİA-nın rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı Rio Haryanto (Manor), Niko Hülkenberq (Force İndia), Felipe Nasr (Sauber), Daniel Rikkardo (Red Bull), Sebastyan Fettel (Ferrari) və Paskal Verlyayn (Manor) jurnalistlərin suallarına cavab verməli olacaqlar.

Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Cok Klia (Ferrari), Pət Fray (Manor), Pəddi Lou (Mercedes AMG), Pol Monaqan (Red Bull), Mətt Morris (McLaren) və Otmar Safnauer (Force İndia) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*