Albert Parkdakı yeni tribunaya Rikkardonun adı verilib

Bu gün avstraliyalı sürücünün 27 yaşı tamam olur. Bu münasibətlə ölkəsindəki yarışın keçirildiyi Albert Parkda inşa edilən yeni tribunaya onun adı verilib.

F-1.az xəbər verir ki, yeni tribuna “Ricciardo Premium Grandstand” adlanır və buradan 3, 4 və 5-ci döngələri görmək mümkündür.

Əndryu Uestakott, AGPC-nin icraçı direktoru: “Yeni tribunaya onun adını vermək, ad gününü təbrik etmək üçün ən yaxşı vasitə idi. Bu tribunadan yolun görünüşü çox yaxşıdır və tamaşaçılar 3 döngədə baş verənləri izləyə biləcəklər.

Beləliklə, tribunaya adı verilən Rikkardo Mark Uebber, Alan Cons, Cek Brəbhəm, Alen Prost, Xuan Manuel Fanxio, Ayrton Senna, Mixael Şumaxer, Cim Klark kimi pilotların sırasına qoşulmuş oldu.

Daniel Rikkardo: “Tribunaya mənim adımın verilməsi ad günüm üçün böyük hədiyyədir. İnanıram ki, 4-cü döngə mənim üçün Albert Parkın ən gözəl guşəsi olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*