Necə işləyir: Aerodinamika

Formula1 komandaları aerodinamikaya böyük diqqət ayırırlar. F-1.az bu yazıda sizi əsas aerodinamik elementlərlə tanış edir.

Ön antiqanad

on-qanad

 

Ön antiqanad, burun hissəsinin müqavimət sipəri və qabaq əyləclərin havaötürücüləri müasir Formula1 maşınlarının aerodinamikasına çox böyük təsir göstərirlər. Onların vəzifəsi təkcə ön hissədə asfaltayatma qüvvəsini təmin etmək deyil, həm də bütün maşını səmərəli çalışmağa məcbur etməkdir.

Ön antiqanad olduqca mürəkkəb quruluşa malikdir, bütöv və ayrıca kompozit materiallardan və metal detallardan ibarətdir – detalların sayı 200-dən çoxdur. Antiqanadın yığılması kifayət qədər mürəkkəb prosesdir, çünki bu, detalları sadəcə olaraq, boltlarla bərkitməyin mümkün olacağı hal deyil.

Konsepsiyadan hazır antiqanadın yolda görünməsinə qədər altı həftədən səkkiz həftəyədək vaxt keçir, il ərzində isə ikidən üçədək versiyadan istifadə olunur.

 

Arxa antiqanad

arxa-qanad

 

Arxa qanadın əsas vəzifəsi – maşının arxa hissəsində asfaltayatma qüvvəsinin generasiyasıdır. Onun strukturu ön antiqanaddan xeyli sadədir. Reqlament bu sahədə çoxsaylı məhdudiyyətlər qoyur, amma asfaltayatma qüvvəsinin artırılması məqsədi ilə və ya Spa və Montsa üçün aşağı səviyyəli spesifikasiyanın işlənib hazırlanmasından ötrü onu modernləşdirmək mümkündür.

Aşağı səviyyəli asfaltayatma qüvvəsinə malik arxa antiqanad yeni yan lövhələri və başqa konfiqurasiyanın yaradılmasını tələb edir. İlkin cizgilərdən son varianta qədər də altı həftədən səkkiz həftəyədək vaxt keçir.

 

Ön əyləclərin havaötürücüləri

vozduxovod2

 

Nə qədər qəribə olsa da onların əsas vəzifəsi təkcə əyləclərin soyudulması deyildir. Əlbəttə, onlar supportu və diskləri soyudurlar, amma başlıcası – onlar təkərlərin ətrafında hava axını əmələ gətirirlər. Əyləclərin istiliyi təkərlərə ötürülür və komandalar havaötürücülərdən bunların temperaturunun dəyişdirilməsi üçün istifadə edirlər.

Ön antiqanaddan sonra havaötürücülərin konstruksiyası mürəkkəbliyinə görə ikinci yerdə gəlir. Onlar disklərin, supportların soyudulmasına, aerodinamik axınların, təkərlərin temperaturunun idarə olunmasına, eləcə də elektron idarəetmə bloklarının soyudulmasına xidmət edirlər. Bütün bunların səmərəli çalışması üçün köndələn linkləri və podşipnikləri düzgün qurmaq lazımdır. Nəticədə bütün sistem təqribən yüz detaldan ibarətdir və komanda praktik olaraq hər yarış üçün kiçik yenilənmələr hazırlayır.

 

Altlıq

dnishe

 

Altlıqdakı kanallar hava axınlarını bolidin arxa hissəsinə və diffuzora istiqamətləndirərək asfaltayatma qüvvəsi yaradır. Bu çoxsaylı elementlərdən ibarət, daima düzəlişlər edilən olduqca mürəkkəb konstruksiyadır. 2016-cı ildə komandalar altlığın üçüncü versiyasından istifadə edirlər ki, bunun da ön və arxa hissələrində yenilənmələr quraşdırılıb. Altlığın həyat tsikli təqribən ön antiqanadınkı kimidir – mövsüm gedişində ən çoxu iki və ya üç əhəmiyyətli dəyişiklik olur. Yeni altlığın yaradılmasına altı həftədən səkkiz həftəyədək vaxt sərf edilir.

 

Burun hissəsinin müqavimət sipəri

burun

 

Ön antiqanad kimi, burun hissənin müqavimət sipəri də hava axınlarını paylaşdırır. Bundan başqa, həmin element zərbənin enerjisini udaraq qəza zamanı deformasiyaya uğrayır, ona görə də yarışlarda istifadə olunmazdan əvvəl FİA tərəfindən yoxlanılmalı və təsdiq edilməlidir.

Burun hissənin müqavimət sipərini yaratmaq kifayət qədər mürəkkəbdir – indi bütün komandalar inanılmaz qısa müqavimət sipərləri yaradırlar, bu səbəbdən də FİA-nın çarpma (krəş) testlərini keçmək çətinləşib. Nəticədə müqavimət sipərinin yeni konsepsiyasına yalnız o halda razılıq verilir ki, o, aerodinamikada əhəmiyyətli uduş vermiş olsun. Elə ki, burun hissənin müqavimət sipəri ilə bağlı qərar qəbul olunur, bolidin qalan hissəsinin konstruksiyası onun ətrafında qurulur.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*