Abu Dabi yarışının startı axşama keçirilə bilər

Dünya çempionatının təşkilatçıları Abu Dabi Qran Prisinin startını iki saat axşama keçirməyə ümid edirlər, bu halda mövsümün son yarışını daha […]

Dünya çempionatının təşkilatçıları Abu Dabi Qran Prisinin startını iki saat axşama keçirməyə ümid edirlər, bu halda mövsümün son yarışını daha çox Avropa tamaşaçısı izləyə bilər – yarış yerli vaxtla saat 17:00-da başlayacaq.

Formula1-i yayımlayan bütün teleşirkətlər Formula One Management (FOM) şirkətindən artıq məktub alıblar, məktubda söhbət Qran Prinin startının axşama keçirilməsindən gedir. Britaniyanın Autosport saytı xəbər verir ki, sıralanma turu da saat 17:00-da başlayacaq. Şənbə sərbəst yürüşləri isə saat 14:00-da başlamalıdır. Amma cümə sərbəst yürüşlərinin vaxtı hələ dəqiqləşdirilməyib.

Hərçənd, Abu Dabi hələlik bu məlumatı təsdiq etməyib, Yas Marina avtodormunun nümayəndəsi bildirib ki, uik-endin bütün hadisələri əvvəlki vaxtlarda başlayacaq. Noyabrın 1-də Abu Dabidə günəş saat 17:45-də batmağa başlayır, deməli, yarış qaranlıqda başa çatacaq. Amma tras əvvəldən elə layihə olunmuşdu ki, trasda bütün lazımi işıqlandırma sistemləri qurula bilər, ona görə də gələcəkdə yarış axşam və ya gecə vaxtında da keçirilə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*