Abu Dabi: Gündüz başlayıb, axşam qurtaran yarış (video)

Əgər Sinqapur yarışı günəş tam batdıqdan sonra keçirilirsə, Abu Dabidə keçiriləcək mövsümün son yarışı təbii işıq altında başlayıb, süni işıq […]

Əgər Sinqapur yarışı günəş tam batdıqdan sonra keçirilirsə, Abu Dabidə keçiriləcək mövsümün son yarışı təbii işıq altında başlayıb, süni işıq altında başa çatacaq. Yeni avtodromda quraşdırılmış işıqlandırma sistemi Sinqapurda olduğundan fərqlənsə də, eyni effekti verir.

Dünən axşam Abu Dabidə GP2Asia seriyasının testləri başlayıb, təşkilatçılar bu testlərə Qran Pri uik-endi ərəfəsində son məşq kimi baxırlar. Sürücülərin məşqindən əlavə, testlər marşallarıb, tibbi xidmətin və tras personalının hətəkətlərinin effektliyində və təşkilində əmin olmağa imkan verəcək.

Ən maraqlı sahələrdən biri – tunelin altında yerləşmiş pit-leynə giriş və çıxışdır. Sürət məhdudiyyəti sahəsi tunelə qədər qurtarır, ona görə də sürücülər bu sahədə optimal sürət axtarışını uik-endin gedişində edəcəklər. Qəza zamanı tunelin içində maşını evakuasiya etməyə xüsusi yer düzəldilib və marşallar bunu operativ yerinə yetirə bilərlər.

Williams mühəndisləri jurnalistlərə bildiriblər ki, yeni trasda bir dövrəyə 2.59 kq yanacaq lazımdır, maşının əlavə 10 kq yüklənməsi isə dövrədə 0.32 saniyə itirməyə səbəb olur, bu isə sıralanma turunda böyük fərqdir, ona görə hamı eyni strategiyadan istifadə edə bilər.

Əgər ilkin qiymətlənidrmənin göstərdiyi kimi, pit-leyndə hərəkət 12 saniyə tutursa, onda komandaların çoxu iki pit-stop strategiyasını seçəcək. Əlbəttə, yarışın gedişinə xarici təsirlər də ola bilər. Yarış zamanı yağışın yağma ehtimalı mövsümün bu vaxtında çox azdır, amma trasın ikinci yarısında döngələrin çoxluğu müxtəlif qəzalara səbəb ola bilər və Təhlükəsizlik Maşını trasa çıxa bilər.

KERS-dən istifadə edən sürücülər kifayət qədər üstünlük qazanacaqlar. Mövsümün ilk yarısında Ferrari-nin nümayəndələri deyirdilər ki, Abu Dabi Qran Prisinə KERS-in xüsusi versiyasını hazırlayacaqlar, amma sonra onlar bu barədə heç danışmadılar, amma uzun düz yol və sərt əylənmələrin çoxluğu sistemin doldurulmasını və istifadəsini effektiv edəcək.

Şübhə yoxdur ki, bizi maraqlı uik-end gözləyir, Abu Dabi Sinqapurda olduğundan da yaxşı televiziya görüntüsünə nail olmaq istəyir, trasın xarakteristikası isə ötmə və mübarizəyə ümid etməyə imkan verir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*