ABŞ Qran Prisi: Yarış

Quru. Günəşli. Havanın temperaturu +21° C, trasın temperaturu +31° C 2012-ci ilin sondan əvvəlki yarışını yeni Ostin trası qəbul edib. […]

Quru. Günəşli. Havanın temperaturu +21° C, trasın temperaturu +31° C

2012-ci ilin sondan əvvəlki yarışını yeni Ostin trası qəbul edib. Sebastyan Fettel Texasa Fernando Alonso üzərində 10 xallıq üstünlüklə gəlib və dünən sıralanma turunda poul qazanıb – ispaniyalı sürücüsü isə yalnız 9-cu ola bilib.

Hərçənd, iki mövqeyi Alonso hələ starta qədər qazanıb – əvvəlcə Qrolan ötürmələr qutusunun dəyişdirilməsinə görə 5 yer itirib, bu gün səhər isə Ferrari komandası Massanın maşınında ötürmələr qutusunun plombunun sındıraraq Felipenin mövqeyini Fernandonun xeyrinə qurban verib, nəticədə Alonso 7-ci yerdən start alıb.

Yalnız Batton və Rosberq starta Hard təkərlərlə çıxıblar, digər sürücülər seçimlərinin Medium-un üzərində saxlayıblar.

Startda Fettel poulun üstünlüyünü saxlayıb, Uebber Həmiltonu qabaqlayıb, Alonso 4-cü yerə yüksəlib – ilk dördlük rəqiblərindən uzaqlaşmağa başlayıb. Hülkenberq, Qrojan, Rəykkönen və di Resta Şuemaheri qabaqlayıblar, 4-cü dövrədə Həmilton Uebberi keçərək mövqeyini geri qaytarıb: Fettel – Həmilton – Uebber – Alonso – Hülkenberq – Qrojan – Rəykkönen – di Resta – Şumaher – Massa.

7-ci dövrədə Qrojan 19-cu döngədə yerində fırlanıb, bir neçə mövqe itirən Romanın maşınında təkərlər sıradan çıxıb, ona görə də 9-cu dövrədə boksa yollanmalı olub. Geniş tras ötməyə imkan verib, ona görə də sürücülə mövqe urğunda fəal mübarizə aparıblar.

13-cü dövrədə Kobayaşi, 14-cü dövrədə Şumaher təkərlərini dəyişiblər – Vernin maşınında asılqanlar dözməyib və Toro Rosso sürücüsü mübarizəni dayandırıb. 17-ci dövrədə Hülkenberq pit-stop keçirib – Uebberin maşınında generator imtina edib. Fettel və Həmilton növbə ilə sürətli dövrələrə imza atıblar, Lyuis tədricən Sebə yaxınlaşıb, amma tezliklə britaniyalı sürücünün maşınında təkərlər effektliyini tam itirib və Seb təhlükəsiz məsafəyə uzaqlaşa bilib. 19-cu dövrədə ilk onluq: Fettel – Həmilton – Alonso – Rəykkönen – Massa – di Resta – Peres – Senna – Battaon – Rikkardo.

20-ci dövrədə Həmilton və Alonso təkərlərini dəyişiblər, Ferrari-nin boksunda arxa sağ təkərlər mexaniklər ləngiyiblər. 21-ci dövrədə Fettel pit-stopunu reallaşdırıb və yarışda liderliyini qoruya bilib. 22-ci dövrədə Peres, 24-cü dövrədə Rəykkönen, 26-cı dövrədə Massa mexaniklərinə qonaq olublar. Lotus mexanikləri ləngidikləri üçün Massa Rəykkönenin önündə trasa qayıdıb, amma növbəti dövrədə Kimi keçmiş komanda yoldaşını qabaqlayıb. 35-ci dövrədə Batton Medium təkərlərə keçib. 36-cı dövrədə ilk onluq: Fettel – Həmilton – Alonso – Rəykkönen – Massa – Qrojan – Batton – Hülkenberq – Senna – Maldonado.

Həmilton yavaş-yavaş Fettelə fərqi azaltmağa başlayıb – liderlər dövrələri fantsatik tempdə keçməyə davam ediblər. 38-ci dövrədə Batton Qrojanı qabaqlayıb, 39-cu dövrədə Massa Rəykköneni üstələyib. 42-ci dövrədə yarışın lideri dəyişib – dövrəvi sürücülər Fettelə mane olublar və DRS zonasında Həmilton onu keçə bilib. 45-ci dövrədə Batton Rəykköneni DRS-in köməyi ilə üstələyib. 46-cı dövrədə ilk onluq: Həmilton – Fettel – Alonso – Massa – Batton – Rəykkönen – Qrojan – Hülkenberq – Senna – Maldonado.

51-ci dövrədə Williams sürücüləri gərgin mübarizə ilə yadda qalıblar – Maldonado və Senna kiçik təmas yaşayıblar, Pastor önə keçə bilib, hər iki sürücü mübarizəni finişə qədər davam etdirib.

Lyuis Həmilton ABŞ-da ikinci ardıcıl qələbəsini qazanıb – karyerasında 21-ci, mövsümdə isə 4-cü qələbə. Titula iki namizəd isə podiuma qalxıblar. Titulun taleyi Braziliyada həll olunacaq. Mühəndislər Kubokunu isə üçüncü dəfə ardıcıl olaraq Red Bull komandası əldə edib.

Yer Pilot Komanda Motor Vaxt
01 L.Həmilton McLaren Mercedes 1.35:55.269
02 S.Fettel Red Bull Renault + 0:00.675
03 F.Alonso Ferrari Ferrari + 0:39.229
04 F.Massa Ferrari Ferrari + 0:46.013
05 C.Batton McLaren Mercedes + 0:56.432
06 K.Rəykkönen Lotus Renault + 1:04.425
07 R.Qrojan Lotus Renault + 1:10.313
08 N.Hülkenberq Force İndia Mercedes + 1:13.792
09 P.Maldonado Williams Renault + 1:14.525
10 B.Senna Williams Renault + 1:15.133
11 S.Peres Sauber Ferrari + 1:24.341
12 D.Rikkardo Toro Rosso Ferrari + 1:24.871
13 N.Rosberq Mercedes AMG Mercedes + 1:25.510
14 K.Kobayaşi Sauber Ferrari + 1 dövrə
15 P.di Resta Force İndia Mercedes + 1 dövrə
16 M.Şumaher Mercedes AMG Mercedes + 1 dövrə
17 V.Petrov Caterham Renault + 1 dövrə
18 H.Kovalaynen Caterham Renault + 1 dövrə
19 T.Qlok Marussia Cosworth + 1 dövrə
20 Ş.Pik Marussia Cosworth + 2 dövrə
21 P.de la Rosa HRT Cosworth + 2 dövrə
22 N.Kartikeyan HRT Cosworth + 2 dövrə
M.Uebber Red Bull Renault
J.E.Vern Toro Rosso Ferrari

Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) – 1:39.347 (56-cı dövrə).

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 S.Fettel Red Bull Renault 273
02 F.Alonso Ferrari Ferrari 260
03 K.Rəykkönen Lotus Renault 206
04 L.Həmilton McLaren Mercedes 190
05 M.Uebber Red Bull Renault 167
06 C.Batton McLaren Mercedes 163
07 F.Massa Ferrari Ferrari 107
08 R.Qrojan Lotus Renault 96
09 N.Rosberq Mercedes AMG Mercedes 93
10 S.Peres Sauber Ferrari 66
11 K.Kobayaşi Sauber Ferrari 58
12 N.Hülkenberq Force İndia Mercedes 53
13 P.di Resta Force İndia Mercedes 46
14 P.Maldonado Williams Renault 45
15 M.Şumaher Mercedes AMG Mercedes 43
16 B.Senna Williams Renault 31
17 J.E.Vern Toro Rosso Ferrari 12
18 D.Rikkardo Toro Rosso Ferrari 10
19 T.Qlok Marussia Cosworth 0
20 H.Kovalaynen Caterham Renault 0
21 V.Petrov Caterham Renault 0
22 J.D’Ambrozio Lotus Renault 0
23 Ş.Pik Marussia Cosworth 0
24 N.Kartikeyan HRT Cosworth 0
25 P.de la Rosa HRT Cosworth 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Red Bull Renault 440
02 Ferrari Ferrari 367
03 McLaren Mercedes 353
04 Lotus Renault 302
05 Mercedes AMG Mercedes 136
06 Sauber Ferrari 124
07 Force İndia Mercedes 99
08 Williams Renault 76
09 Toro Rosso Ferrari 22
10 Marussia Cosworth 0
11 Caterham Renault 0
12 HRT Cosworth 0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*