ABŞ Qran Prisi: Üçüncü sərbəst yürüşlər

Quru. Günəşli. Havanın temperaturu +13°-17° C, trasın temperaturu +16°-19° C Dünən sürücülər soyuq havada sürüşkən asfalt üzərində təkərlərin qızdırılması problemi […]

Quru. Günəşli. Havanın temperaturu +13°-17° C, trasın temperaturu +16°-19° C

Dünən sürücülər soyuq havada sürüşkən asfalt üzərində təkərlərin qızdırılması problemi ilə üzləşmişdilər. Bu gün səhər hava yenə də soyuq olub, ona görə də top-komandaların sürücüləri trasa tələsməyiblər.

Serxio Peres və Şarl Pik 7-ci döngədə toqquşublar, amma maşınlar ciddi zədələnməyib. Sessiyanın sonuna 20 dəqiqə qalmış Jan Erik Vernin maşınında asılqanlar dözməyib – birinci sektorda uzun müddət sarı bayraqlar dalğalanıb. Roman Qrojanın maşınında ötürmələr qutusu sıradan çıxıb.

Sessiyanın sonunda sürücülər daha yumşaq təkərlərlə trasa çıxıblar, amma bu təkərləri də işçi temperatur diapazonuna çatdırmaq üçün bir neçə dövrə vurmaq lazım gəlib – 1:36.490.

Nəticələr belə olub:

Yer Pilot Komanda Motor Vaxt Fərq Dövrə
01 S.Fettel Red Bull Renault 1:36.490 18
02 L.Həmilton McLaren Mercedes 1:36.748 + 0.258 20
03 P.Maldonado Williams Renault 1:37.001 + 0.511 21
04 F.Alonso Ferrari Ferrari 1:37.180 + 0.690 21
05 N.Rosberq Mercedes AMG Mercedes 1:37.247 + 0.757 24
06 F.Massa Ferrari Ferrari 1:37.262 + 0.772 27
07 M.Uebber Red Bull Renault 1:37.298 + 0.808 18
08 S.Peres Sauber Ferrari 1:37.415 + 0.925 20
09 N.Hülkenberq Force İndia Mercedes 1:37.495 + 1.005 20
10 C.Batton McLaren Mercedes 1:37.538 + 1.048 20
11 B.Senna Williams Renault 1:37.569 + 1.079 21
12 M.Şumaher Mercedes AMG Mercedes 1:37.760 + 1.270 21
13 K.Rəykkönen Lotus Renault 1:37.765 + 1.275 26
14 K.Kobayaşi Sauber Ferrari 1:37.953 + 1.463 23
15 D.Rikkardo Toro Rosso Ferrari 1:38.547 + 2.057 23
16 P.di Resta Force İndia Mercedes 1:38.653 + 2.163 22
17 R.Qrojan Lotus Renault 1:38.753 + 2.263 11
18 J.E.Vern Toro Rosso Ferrari 1:38.689 + 2.199 12
19 T.Qlok Marussia Cosworth 1:40.407 + 3.917 23
20 V.Petrov Caterham Renault 1:40.753 + 4.263 19
21 H.Kovalaynen Caterham Renault 1:41.011 + 4.521 19
22 Ş.Pik Marussia Cosworth 1:41.466 + 4.976 19
23 P.de la Rosa HRT Cosworth 1:43.563 + 7.073 21
24 N.Kartikeyan HRT Cosworth 1:44.043 + 7.553 23

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*