ABŞ Qran Prisi təqvimdə qalır

Ostin yarışının təşklatçıları rəsmi olaraq bildiriblər ki, onlar 2016-cı ildə Amerika QP-yə ev sahibliyi edə biləcəklər...

F-1.az xatırladır ki, keçən ilin sonunda xəbərlər çıxmışdı ki, dövlət yarış üçün ayırdığı büdcəni azaldıb. Bu hadisədən sonra Ostin 2015-ci ilin yarış məbləğini ödəyə bilməyib və yarışın gələcəyi təhlükə altına düşmüşdü.

Amma bu gün Ostin yarışının təşkilatçıları bildiriblər ki, onlar oktyabrın sonunda Formula1 yarışını keçirəcəklər.

Açıqlamada bildirilib ki, məşhur amerikalı müğənni Teylor Svift yarışın 5-ci ildönümünə görə konsert verəcək.

Beləliklə, 2016-cı ildə təqvimdə 21 yarış olacağı artıq dəqiqləşib…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*