ABŞ-2018: Mətbuat konfranslarının cədvəli

Yaponiya Qran Prisi günlərində FİA-nın rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı konfrans otağına dörd sürücü – Fernando Alonso (McLaren), Roman Qrojan (Haas), Lyuis Həmilton (Mercedes) və Daniel Rikkardo (Red Bull) dəvət olunub.

Cümə günü isə iki sərbəst yürüş sessiyası arasında fasilə zamanı komanda rəsmiləri: Mauritsio Arrivabene (Ferrari), Zek Braun (McLaren), Cin Haas (Haas) və Kler Uilyams (Williams) jurnalistlərin suallarını cavablandıracaqlar.

F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*