20 Noyabr 2018, Çərşənbə axşamı - 00:36

ABŞ-2018: İkinci sərbəst yürüşlər

ABŞ-2018: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

00:38 - 20 Oktyabr, 2018

Nahardan sonra trasa çox su yığıldığı üçün Təhlükəsizlik Maşını təftiş üçün meydana çıxıb. Çarli Uaytinq vəziyyətdən razı qalıb – pit-leynin çıxışında yaşıl işıq yanıb.

F-1.az bildirir ki, sürücülər uzun müddət bokslarını tərk etməyiblər, vəziyyətin yaxşılaşmasını gözləyiblər – nahardan əvvəl həm yağış təkərləri ilə, həm də keçid təkərləri ilə dövrə vurduqları üçün sürücülər trasa çıxmağa tələsməyiblər: bu təkərlərin məhdud sayda olması və sabah da yağışın yağma ehtimalı komandalardan ehtiyatlı davranma tələb edib.

Sessiyanın yalnız ikinci yarısında bəzi sürücülər trasa çıxıblar. Əvvəlcə yağış təkərləri ilə, daha sonra isə keçid təkərlərlə işləyiblər. Protokollara isə cəmi 3 dövrə vurmuş Lyuis Həmilton başçılıq edib – 1:48.716.

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes1:48.7163
210Pyer QasliToro Rosso1:49.728+ 0:01.01210
333Maks FerstappenRed Bull1:49.798+ 0:01.0825
414Fernando AlonsoMcLaren1:51.728+ 0:03.0123
527Niko HülkenberqRenault1:52.208+ 0:03.4926
628Brendon HartliToro Rosso1:52.505+ 0:03.78919
79Markus ErikssonSauber1:53.070+ 0:04.3549
82Stoffel VandornMcLaren1:53.354+ 0:04.63810
97Kimi RəykkönenFerrari1:53.443+ 0:04.7277
105Sebastyan FettelFerrari1:53.912+ 0:05.1968
1116Şarl LeklerSauber1:54.101+ 0:05.3859
1218Ləns StrollWilliams1:54.637+ 0:05.9215
1311Serxio PeresRacing Point1:54.963+ 0:06.2476
1431Esteban OkonRacing Point1:55.348+ 0:06.6326
1535Sergey SirotkinWilliams1:55.446+ 0:06.7308
1655Karlos SaynsRenault2
173Daniel RikkardoRed Bull0
188Roman QrojanHaas0
1920Kevin MaqnussenHaas0
2077Valtteri BottasMercedes0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 191
Teqlər , , , ,
Paylaş

logo