ABŞ-2018: Həftəsonuna hava proqnozu

Son hava proqnozu Ostində həftəsonuna soyuq və yağışlı hava vəd edir.

F-1.az avtodromun rəsmi saytına istinadən bildirir ki, cümə günü səmanı buludlar örtəcək, zəif şimal küləyi əsəcək. Temperatur +19 dərəcəyədək qızacaq, yağışın yağma ehtimalı isə 20% təşkil edəcək.

Şənbə günü külək güclənəcək, bütün günü yağış yağacaq, havanın istiliyi isə +20 dərəcəyə çatacaq. Bazar günü isə hava +14 dərəcəyədək soyuyacaq, amma yağışın yağması gözlənilmir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*