14 Noyabr 2018, Çərşənbə - 20:11

ABŞ-2018: Birinci sərbəst yürüşlər

ABŞ-2018: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:36 - 19 Oktyabr, 2018

İki komanda Ostində gənc sürücüləri yoxlamaq imkanından yararlanıb. McLaren komandasında Stoffel Vandornun maşını Lando Norrisə, Toro Rosso komandasında isə Brendon Hartlinin maşını Şon Gelaelə həvalə olunub.

F-1.az bildirir ki, sessiyadan əvvəl yağış başladığı üçün sürücülər trasa yağış təkərləri ilə çıxıblar. Eyni hava sabah sıralanma turunda da gözlənildiyi üçün komandalar məlumat toplamaq imkanından yararlanıblar. Sessiyanın gedişində yağış zəiflədiyi üçün sürücülər tədircən keçid təkərlər işləməyə başlayıblar – hər iki tərkib barədə məlumat toplanılıb.

Fettel maşını zədələmədən tras kənarına çıxıb, 39-cu dəqiqədə Şarl Lekler 9-cu döngədə çınqıllığa düşüb. Monakolu sürücü boksa qayıtsa da, sessiya qırmızı bayraqlarla dayandırılıb – trasa dağılmış çınqıllar təmizlənib.

Sessiyanın sonunda Okon və Rəykkönen boş trasda mübarizə aparıblar – heç kim uduzmaq istəməyib, yekunda Kimi önə çıxıb. Protokollara isə Lyuis Həmilton başçılıq edib – 1:47.502.

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes1:47.5026
277Valtteri BottasMercedes1:48.806+ 0:01.3047
333Maks FerstappenRed Bull1:48.847+ 0:01.3459
43Daniel RikkardoRed Bull1:49.326+ 0:01.8249
55Sebastyan FettelFerrari1:49.489+ 0:01.98718
67Kimi RəykkönenFerrari1:49.928+ 0:02.42620
755Karlos SaynsRenault1:50.665+ 0:03.1638
88Roman QrojanHaas1:50.821+ 0:03.31910
916Şarl LeklerSauber1:50.961+ 0:03.45914
109Markus ErikssonSauber1:51.016+ 0:03.51414
1114Fernando AlonsoMcLaren1:51.036+ 0:03.5349
1247Lando NorrisMcLaren1:51.232+ 0:03.7309
1310Pyer QasliToro Rosso1:51.234+ 0:03.73219
1411Serxio PeresRacing Point1:51.459+ 0:03.95718
1535Sergey SirotkinWilliams1:51.589+ 0:04.08714
1620Kevin MaqnussenHaas1:51.614+ 0:04.11215
1731Esteban OkonRacing Point1:51.655+ 0:04.15317
1827Niko HülkenberqRenault1:51.717+ 0:04.2157
1918Ləns StrollWilliams1:51.896+ 0:04.39414
2038Şon GelaelToro Rosso1:52.625+ 0:05.12321

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 188
Teqlər , , , ,
Paylaş

logo