24 Noyabr 2017, Cümə - 17:13

ABŞ-2017: Yarış

ABŞ-2017: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

00:43 - 23 Oktyabr, 2017

Lyuis Həmilton Ostinə çempionatdakı əsas rəqibi Sebastyan Fetteldən 59 xal öndə gəlib. Britaniyalı poulun sahibi olub, Fettelin ona cüzi fərqlə uduzaraq ikinci olması italyan komandanı yarışda Mercedes-lə mübarizə aparmağa ümidləndirib.

F-1.az xatırladır ki, hər üç sərbəst yürüş sessiyasında Həmilton protokollara başçılıq etmişdi. Onun uğurlu çıxışı sıralanma turunda da davam etmiş və karyerasında 72-ci poulunu qazanmışdı. Startda 4 sürücünün – Vandorn, Hartli, Hülkenberq və Ferstappenin güc qurğusundakı dəyişikliklərə görə yer itirəcəyi məlum idi. Maqnussen və Stroll isə sıralanma turundakı insidentlərə görə 3 yer itirməklə cəzalandırılmışdılar.

Start xəttində ilk sırada Həmilton və Fettel, ikinci sırada Bottas və Rikkardo, üçüncü sırada isə Rəykkönen və Okon qərarlaşıblar. Pirelli Ostinə ən yumşaq üçlüyü gətirib. Sürücülər ilk sərbəst yürüşlərdə tras nəm olduğu üçün sliklərlə çox işləyə bilməsələr də, sonrakı sessiyalarda onları qiymətləndirməyə imkan tapıblar. Yarışa Verlyayn Soft, Massa, Eriksson, Stroll, Ferstappen və Vandorn SuperSoft, qalan sürücülər isə UltraSoft təkərlərlə başlayıblar.

Daha yaxşı start alan Fettel Həmiltonu qabaqlayaraq liderliyə yüksəlib. Okon Rəykköneni, Alonso isə Saynsı keçib. Maqnussen və Verlyayn toqquşublar, lakin yollarına davam ediblər. Dövrənin sonunda Maqnussen təkəri deşildiyi üçün pit yoluna üz tutub. Rikkardo Bottasa hücum edərkən onu hətta trasdan çıxarıb, lakin Valtteri mövqeyini qoruya bilib. 16-cı yerdən start alan Ferstappen 11-ci yerə qədər yüksəlib. 2-ci dövrədə ilk onluq: Fettel – Həmilton – Bottas – Rikkardo – Rəykkönen – Okon – Alonso – Sayns – Massa – Peres.

Dördüncü dövrədə Verlyyan təkərlərini dəyişib. Hülkenberq boksa yollanıb və mübarizəni dayandırıb. Rikkardo Bottasa daha bir aqressiv hücum etsə də, onu keçməyə nail olmayıb. Fettel Həmiltondan bir qədər aralansa da, növbəti dövrələrdə britaniyalı sürətli dövrələrlə ona yaxınlaşıb və fərqi bir saniyədən aşağı salıb. Altıncı dövrədə Fetteli keçən Lyuis liderliyini qaytarıb. Maks isə Sayns və Alonsonu da keçərək səkkizinci yerə yüksəlib. Verlyayn da 7-ci dövrədə mübarizəni dayandırıb. Ferstappen 10-cu dövrədə altıncılıq uğrunda mübarizədə Okonu qabaqlayıb. 1o-cu dövrədə ilk onluq: Həmilton – Fettel – Bottas – Rikkardo – Rəykkönen – Ferstappen – Okon – Alonso – Sayns – Massa.

Yarışın 11-ci dövrəsində Stroll təkərlərini dəyişib. Rəykkönen Rikkardoya hücumlar edib, lakin Red Bull sürücüsü pit-stopa yollanıb. 15-ci dövrədə Okon və Alonso da təkərlərini dəyişiblər. Növbəti dövrədə Rikkardo motor güc itirdiyi üçün maşını təhlükəsizlik zonasında saxlayıb. 17-ci dövrədə Lyuisdən 5 saniyə geri qalan Sebastyan Soft təkərlərə keçib. İki dövrdə sonra pit-leynə yollanan Bottas Fetteldən 6 saniyə geridə trasa qayıdıb. Həmilton da 20-ci dövrədə Soft təkərlərə keçib. O, trasa qayıdarkən Fettelin hücumlarına məruz qalıb, lakin yerini qoruya bilib. Bundan bir qədər əvvəl səhvə yol verən Fettel əsas rəqibini keçmək şansını itirib. Növbəti dövrələrdə Sayns, Rəykkönen və Eriksson da təkərlərini dəyişiblər. 23-cü dövrədə Lyuis hələ pit-stop etməmiş Ferstappeni üstələyib. Sayns da Vandornu keçərək 10-cu yerə yüksəlib.

Ferstappen, nəhayət, 25-ci dövrədə təkərlərini dəyişib. Alonso bu dəfə də mühərrik problemi ilə qarşılaşıb və yarışı dayandırıb. Peres komanda yoldaşına hücum etmək üçün icazə istəyib. Okon da öz növbəsində Massaya hücumlar edib, lakin braziliyalı sürücü pit yoluna yönəlib. 30-cu dövrədə ilk onluq: Həmilton – Fettel – Bottas – Rəykkönen – Ferstappen – Okon – Peres – Sayns – Kvyat – Qrojan.

32-ci dövrədə Peres yenidən komandaya müraciət edib. Sayns və Kvyat da onlara xeyli yaxınlaşıblar. İki dövrə sonra Sayns meksikalıya hücum edib və onu keçib. 37-ci dövrədə Hartli və Stroll, 38-ci dövrədə isə Ferstappen ikinci dəfə təkər dəyişiblər. Rəykkönen Bottasa yaxınlaşıb, onu keçməyə cəhd etsə də, maşının sürəti buna imkan verməyib. Ferrari Fettelin strategiyasını dəyişməyi qərara alıb və onu ikinci dəfə pit-stopa çağırıb. Alman sürücü trasa dördüncü yerdə qayıdıb. Massa Qrojanı keçərək 10-cu yerə yüksəlib. 42-ci dövrədə Rəykkönen Bottası üstələyib və ikinci yerə yüksəlib. 45-ci dövrədə ilk onluq: Həmilton – Rəykkönen – Bottas – Fettel – Ferstappen – Okon – Sayns – Peres – Kvyat – Massa.

Yarışın 48-ci dövrəsində Erikssonla təmas yaşayan Maqnussen yerində fırlanıb. Stüardlar isveçli sürücüyə 5 saniyəlik cəza veriblər. Sayns Okona hücumlar etsə də, keçməyə nail olmayıb. Fettel Bottasla fərqi azaldıb və onu keçib. Rəykkönen də dərhal komanda yoldaşını irəli buraxıb. Sona 5 dövrə qalmış Ferstappen də Bottası keçib, o da bir dövrə sonra pit-stopa yollanıb. 53-cü dövrədə ilk onluq: Həmilton – Fettel – Rəykkönen – Ferstappen – Bottas – Okon – Sayns – Peres – Massa – Kvyat.

Ferstappen sön dövrədə Rəykkönenə aqressiv hücum edib və onu keçərək üçüncü yerə yüksəlib, lakin hücum zamanı onun maşınının dörd təkəri də trasdan kənarda olub. Stüardlar həmin məqamı diqqətlə təhlil ediblər və Maksın nəticəsinə 5 saniyə əlavə ediblər.

Lyuis Həmilton mövsümdə 9-cu, karyerasında 62-ci qələbəsini qazanıb. Sebastyan Fettel ikinci olub və çempionatda onların arasındakı xal fərqi 66-a yüksəlib. Podiumun son pilləsinə Kimi Rəykkönen yüksəlib. Sayns Renault-ya ilk yarışındaca xal qazandırıb və komandasının Haas-ı keçməsinə şərait yaradıb.

Mercedes AMG vaxtından əvvəl Mühəndislər Kubokunu qazanıb. Komanda buna ikinci dəfədir ki, məhz Ostində nail olur. Cəmi altı sürücü yarışı liderlə eyni dövrədə başa vura bilib. Mübarizə gələn həftə Meksikada davam edəcək…

YerNSürücüKomandaZaman/FərqPit
144Lyuis HəmiltonMercedes AMG1:33:50.9911
25Sebastyan FettelFerrari+ 0:10.1432
37Kimi RəykkönenFerrari+ 0:15.7791
433Maks Ferstappen *Red Bull+ 0:16.7682
577Valtteri BottasMercedes AMG+ 0:34.9672
631Esteban OkonForce İndia+ 1:30.9801
755Karlos SaynsRenault+ 1:32.9441
811Serxio PeresForce İndia+ 1 dövrə1
919Felipe MassaWilliams+ 1 dövrə1
1026Daniil KvyatToro Rosso+ 1 dövrə1
1118Ləns StrollWilliams+ 1 dövrə2
122Stoffel VandornMcLaren+ 1 dövrə1
1339Brendon HartliToro Rosso+ 1 dövrə2
148Roman QrojanHaas+ 1 dövrə1
159Markus ErikssonSauber+ 1 dövrə1
1620Kevin MaqnussenHaas+ 1 dövrə2

 

* hücum edərkən tras hüdudlarından kənara çıxaraq üstünlük qazandığı üçün Maks Ferstappenin yekun nəticəsinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Sebastyan Fettel (Ferrari) – 1:37.766 (51-ci dövrə, 203.003 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Fernando AlonsoMcLaren24MGU-H generatoru
Daniel RikkardoRed Bull14güc qurğusu
Paskal VerlyaynSauber5altlığın zədələnməsi
Niko HülkenberqRenault3mexaniki problem

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
144Lyuis HəmiltonMercedes AMG Petronas F1 Team331
25Sebastyan FettelScuderia Ferrari265
377Valtteri BottasMercedes AMG Petronas F1 Team244
43Daniel RikkardoRed Bull Racing192
57Kimi RəykkönenScuderia Ferrari163
633Maks FerstappenRed Bull Racing123
711Serxio PeresSahara Force İndia F1 Team86
831Esteban OkonSahara Force İndia F1 Team73
955Karlos SaynsScuderia Toro Rosso54
1019Felipe MassaWilliams Martini Racing36
1127Niko HülkenberqRenault Sport Formula 1 Team34
1218Ləns StrollWilliams Martini Racing32
138Roman QrojanHaas F1 Team28
1420Kevin MaqnussenHaas F1 Team15
152Stoffel VandornMcLaren Honda Formula 1 Team13
1614Fernando AlonsoMcLaren Honda Formula 1 Team10
1730Colion PalmerRenault Sport Formula 1 Team8
1894Paskal VerlyaynSauber F1 Team5
1926Daniil KvyatScuderia Toro Rosso5

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas F1 TeamMercedes575
2Scuderia FerrariFerrari428
3Red Bull RacingTAG Heuer315
4Sahara Force İndia F1 TeamMercedes159
5Williams Martini RacingMercedes68
6Scuderia Toro RossoRenault53
7Renault Sport Formula 1 TeamRenault48
8Haas F1 TeamFerrari43
9McLaren Honda Formula 1 TeamHonda23
10Sauber F1 TeamFerrari5

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 185
Teqlər , , , , , , , , ,
Paylaş

logo