14 Dekabr 2018, Cümə - 21:54

ABŞ-2017: Üçüncü sərbəst yürüşlər

ABŞ-2017: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:09 - 21 Oktyabr, 2017

Bu gün səhər Ostində quru və günəşli hava bərqərar olub, komandalar sazlanmaların axtarışı və təkərlərin effektivliyinin qiymətləndirilməsi üzrə işlərini davam etdiriblər.

F-1.az bildirir ki, dünən bir çox sürücü təkərləri işləməyə məcbur edə bilməmişdi, bəzi maşınlarda isə təkərlər çox tez yeyilmişdi – bu gün mühəndislər sazlanmalara düzəlişlər ediblər. Havanın və asfaltın hərarəti dünənki kimi olduğu üçün komandalar dəyişikliklərin effektivliyini müqayisə edə biliblər.

Dünənki problemlər üzündən komanda Fettel üçün yeni şassi yığıb – bu güc səhər FİA-nın məcburi texniki təftişini keçən maşın ilk dövrələrdən sürətli görünüb. Toro Rosso isə debütant Brendon Hartlinin dəbilqə problemini həll edib – dünən hava axını dəbilqənin yuxarıya hərəkət etməsinə səbəb olmuşdu.

Sessiyanın düz ortasında Qrojan 7-ci döngədə trasdan çıxaraq çınqıllığa düşüb və trasa qayıda bilməyib – maşının təxliyəsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub.

Kvyat maşının idarə olunmasından gileylənib, boksa qayıdıb və bir daha trasa çıxmayıb – mexaniklər onun maşınını söküblər.

Protokollara isə yenə də Lyuis Həmilton başçılıq edib – 1:34.478: britaniyalı keçənilki öz poulundan yarım saniyə sürətli olub.

Sıralanma turunda sürətlər artacaq, amma sıralanma turu qaydalara uyğun olaraq 2 saatdan sonra deyil, 4 saatdan sonra başlayacaq – Formula1-in yeni sahibi Liberty Media şənbə gününün formatında da dəyişiklik edib: Castin Timberleykin konserti üzündən sıralanma turu Bakı vaxtılə gecə saat 1-də başlayacaq…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:34.47815
25Sebastyan FettelFerrari1:34.570+ 0:00.09219
377Valtteri BottasMercedes AMG1:34.692+ 0:00.21417
47Kimi RəykkönenFerrari1:34.755+ 0:00.27717
533Maks FerstappenRed Bull1:35.103+ 0:00.62514
619Felipe MassaWilliams1:35.346+ 0:00.86811
727Niko HülkenberqRenault1:35.608+ 0:01.13021
855Karlos SaynsRenault1:35.650+ 0:01.17216
93Daniel RikkardoRed Bull1:35.723+ 0:01.24517
1011Serxio PeresForce İndia1:35.802+ 0:01.32416
1131Esteban OkonForce İndia1:35.965+ 0:01.48717
1218Ləns StrollWilliams1:36.118+ 0:01.64012
1314Fernando AlonsoMcLaren1:36.239+ 0:01.76115
142Stoffel VandornMcLaren1:36.599+ 0:02.12114
1539Brendon HartliToro Rosso1:36.818+ 0:02.34026
1620Kevin MaqnussenHaas1:37.271+ 0:02.79316
179Markus ErikssonSauber1:37.319+ 0:02.84117
1894Paskal VerlyaynSauber1:37.807+ 0:03.32915
198Roman QrojanHaas1:37.891+ 0:03.4139
2026Daniil KvyatToro Rosso1:38.500+ 0:04.0226

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 476
Teqlər , , , ,
Paylaş

logo