22 Noyabr 2017, Çərşənbə - 20:42

ABŞ-2017: Sıralanma turu

ABŞ-2017: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

02:14 - 22 Oktyabr, 2017

Sıralanma turu hava şəraitinin müdaxiləsi olmazsa, qaydalara əsasən,şənbə günü keçirilən məşqlərin başa çatmasından iki saat sonra start götürür. Bu ənənəyə həmişə əməl etməyə çalışırlar. Üstəlik, dünyanın bir çox kanalı sıralanma turunu canlı yayımlayır və onlar efir vaxtını əvvəldən planlaşdırırlar.

Bu ilin əvvəlində FİA yarış həftəsonlarının qrafikini dərc etmişdi və həmin qrafikə əsasən, Ostindəki təsnifat mərhələsi adət etdiyimiz vaxtda başlamalı idi. Lakin iyun ayında Liberty Media qərara almışdı ki, Castin Timberleykin konserti əvvələ salınsın. Berni Ekklstounun dövründə isə belə şeylər heç vaxt ola bilməzdi…

Həmilton Texasa çempionatın lideri kimi gəlib və bütün məşq sessiyalarında protokollara başçılıq edib. Onun əsas rəqibi Fettel üçün cümə günü problemsiz ötüşməyib – komanda məcbur olub ki, alman sürücünü ehtiyat şassiyə keçirsin.

Güc qurğusunun elementləri dəyişdirildiyi üçün dörd sürücünün – Brendon Hartli 25, Niko Hülkenberq 20, Maks Ferstappen 15 və Stoffel Vandornun isə 5 yer itirəcəyi məlum idi.

Pirelli Ostinə yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirib. Sürücülər məşqlərdə ən yumşaq tərkibə daha çox üstünlük veriblər.

İlk sessiyada Mercedes və Ferrari sürücüləri SuperSoft, qalan sürücülər isə UltraSoft təkərlərlə birinci cəhdlərinə çıxıblar. Boksu ilk tərk edən sürücü Kvyat olub. Külək güclənib və trasda sıxlıq olduğundan, yaxşı nəticə göstərmək üçün müəyyən boşluq tapmaq çox vacib olub. Strolla toqquşan Qrojan trasdan çıxıb. Maqnussen sürətli dövrəsində olan Peresə mane olub və bu hadisə stüardlar tərəfindən araşdırılır. İlk cəhddə Bottas hamıdan sürətli olub, lakin sonra Həmilton onu üstələyib – 1:34.822. Eriksson, Stroll, Hartli, Verlyayn və Maqnussen mübarizəni dayandırıblar.

İkinci sessiyaya startda yer itirəcəyi məlum olan Ferstappen SuperSoft təkərlərlə başlayıb. Cəriməsi olan Hülkenberqi isə komanda ümumiyyətlə trasa buraxmayıb və alman sürücü mövsümdə ilk dəfə sıralanma turunda komanda yoldaşına məğlub olub. Həmilton trasın yeni rekordunu müəyyən edərək protokollara başçılıq edib – 1:33.437. Üçüncü sessiyaya keçə bilməyən sürücülər Massa, Kvyat, Vandorn, Qrojan və Hülkenberq olublar.

Son sessiyada hamı UltraSoft təkərlərlə trasa yollanıb. İlk cəhddə Həmilton komanda yoldaşını yarım saniyəyə yaxın fərqlə qabaqlayıb. Son cəhdində Fettel Bottası qabaqlayıb və ikinci yerə yüksəlib. Rikkardo və Rəykkönen eyni nəticəni göstərsələr də, avstraliyalı sürücü bunu daha əvvəl etdiyi üçün protokolda Kimidən yuxarıda olub.

Lyuis Həmilton mövsümdə 11-ci, karyerasında 72-ci poulunu qazanıb. Yarışa onun yanından çempionatdakı əsas rəqibi Sebastyan Fettel başlayacaq və bizi startda maraqlı duel gözləyir. İkinci cərgədə Bottas və Rikkardo qərarlaşıblar.

Yarış sabah Bakı vaxtı ilə 23:00-da start götürəcək…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG11:34.822511:33.43761:33.1087
25Sebastyan FettelFerrari41:35.420541:34.10361:33.3477
377Valtteri BottasMercedes AMG31:35.309421:33.76961:33.5687
43Daniel RikkardoRed Bull111:35.991551:34.49531:33.5776
57Kimi RəykkönenFerrari71:35.649531:33.84061:33.5776
633Maks FerstappenRed Bull21:34.899461:34.71631:33.6586
731Esteban OkonForce İndia101:35.8495101:35.11361:34.6476
855Karlos SaynsRenault51:35.517881:34.89961:34.8523
914Fernando AlonsoMcLaren81:35.712391:35.04661:35.0076
1011Serxio PeresForce İndia141:36.358771:34.78961:35.1486
1119Felipe MassaWilliams61:35.6033111:35.1556
1226Daniil KvyatToro Rosso121:36.0739121:35.5296
132Stoffel VandornMcLaren131:36.2868131:35.6416
148Roman QrojanHaas151:36.8358141:35.8706
1527Niko HülkenberqRenault91:35.7403150
169Markus ErikssonSauber161:36.8429
1718Ləns StrollWilliams171:36.8688
1839Brendon HartliToro Rosso181:36.8897
1994Paskal VerlyaynSauber191:37.1799
2020Kevin MaqnussenHaas201:37.3947

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 159
Teqlər , , , ,
Paylaş

logo