11 Dekabr 2018, Çərşənbə axşamı - 07:09

ABŞ-2017: Mətbuat konfranslarının cədvəli

ABŞ-2017: Mətbuat konfranslarının cədvəli

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:09 - 17 Oktyabr, 2017

ABŞ Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb. Bəri başdan deyək ki, bu dəfə mətbuat konfransı fərqli ssenari üzrə keçiriləcək.

Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq, amma hər iki tədbirə əvvəlki kimi 3 deyil, 4 sürücü dəvət olunub. İlk 25 dəqiqədə Markus Eriksson (Sauber), Lyuis Həmilton (Mercedes AMG), Brendon Hartli (Toro Rosso) və Karlos Sayns (Renault) jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə milli komanda Haas-ın hər iki sürücüsü – Roman Qrojan və Kevin Maqnussenlə birlikdə Fernando Alonso (McLaren) və Niko Hülkenberq (Renault) mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü isə cəmi bir mətbuat konfransı baş tutacaq və sürücüləri komandaların məsul işçiləri – Zek Braun (McLaren), Robert Förnli (Force İndia), Cin Haas (Haas) və Toto Volff (Mercedes AMG) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 692
Teqlər , ,
Paylaş

logo