19 Oktyabr 2017, Cümə axşamı - 00:05

ABŞ-2016: Yarış

ABŞ-2016: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

01:23 - 24 Oktyabr, 2016

Keçən il Ostində yarışdan başqa bütün sessiyalar yağışlı havada baş tutmuşdusa, bu il komandalar ancaq quru havada işləyiblər. Bazar günü hava xeyli isti olub – startda termometrlər +27 dərəcəni göstəriblər.

F-1.az xatırladır ki, Həmilton keçən il buradakı yarışda üçüncü titulunu rəsmiləşdirmişdi. Bu il isə Niko Rosberq Ostinə 33 xallıq fərqlə, çox rahat bir şəkildə gəlmişdi. Şənbə günü Lyuis trasın yeni rekordunu müəyyən edərək poulu qazanmışdı.

Pirelli Ostinə Medium, Soft və SuperSoft üçlüyünü gətirib – SuperSoft təkərlər bu yarışa ilk dəfə gətirilib və artıq sərbəst yürüşlərdən onların resursunun olduqca tez bitməsi aydın olub.

Yarışa ilk dörd sürücüdən üçü – Həmilton, Rosberq və Ferstappen Soft-la başlayıb. Arxa yerlərdəki sürücülərdən Nasr və Okon Medium, Rikkardo, Sayns, Ferrari, Williams və Force İndia pilotları SuperSoft, yerdə qalan sürücülər isə Soft təkərlərlə start alıblar.

Startda Həmilton liderliyini qoruyub. Rikkardo Rosberqi, Rəykkönen isə Ferstappeni keçib. Bottas və Fettelin arasında qalan və Fettellə təmas yaşayan Hülkenberq yarışı dayandırmalı olub. On birinci döngədə Kvyat Pereslə toqquşub və 16-cı yerə qədər geriləyib. Bir qədər sonra isə insidentə görə ona 10 saniyə vaxt cəzası və 2 cərimə balı verilib. İkinci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Rikkardo – Rosberq – Rəykkönen – Ferstappen – Fettel – Massa – Sayns – Alonso – Qutyerres. Əla start alan Batton üçüncü dövrədə Qutyerresi keçərək onuncu yerə yüksəlib. Həmilton isə Rikkardo ilə arasındakı fərqi bir saniyədən yuxarı qaldırıb, beləliklə də, avstraliyalı DRS-dən istifadə edə bilməyib.

Doqquzuncu dövrədə Rəykkönen və Rikkardo pit yoluna üz tutublar. Onuncu dövrədə Ferstappen, on birincidə Rosberq, Batton, Qrojan və Peres, onlardan da bir dövrə sonra isə Həmilton, Massa, Sayns və Alonso təkərlərini dəyişiblər. On üçüncü dövrədə Mask Kimini ötüb. Növbəti dövrədə isə yarışa müvəqqəti liderlik edən Fettel pit-stopa çağırılıb. Ferstappen Rosberqə hücumlar etməyə çalışsa da, çempionatın lideri vəziyyəti nəzarətində saxlayıb və buna imkan verməyib. İyirmi birinci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Rikkardo – Rosberq – Ferstappen – Rəykkönen – Fettel – Massa – Sayns – Alonso – Batton.

İyirmi beşinci dövrədə Rəykkönen SuperSoft təkərlərə keçib. Rikkardonun maşınına isə bir dövrə sonra finişə qədər getməyə imkan verəcək Medium təkərləri taxılıb. Növbəti dövrədə Ferstappen pit-stopa yollanıb. Bir dövrə əvvəl ona sürətlənməsi barədə təlimat verilib. Maks elə bilib ki, onu pit-stop üçün gözləyirlər, lakin bu, belə olmayıb. Mexaniklər pit-stop hazırlığını tamamlamamış ora çatan Maks xeyli vaxt itirib. Üç dövrə sonra Maksın maşınının ötürmələr qutusunda problem yaranıb və gənc hollandiyalı maşını kənara çəkməli olub. Onun maşını saxladığı yeri bir qədər təhlükəli hesab edən stüardlar Virtual Təhlükəsizlik Maşını rejimini aktiv ediblər. Otuz ikinci dövrədə Mercedes sürücüləri pit-stop ediblər ki, bu da Rikkardonun ikinci yeri itirməsi ilə nəticələnib.

Otuz doqquzuncu dövrədə Kimi son dəfə pit-stopa yollanıb. Təkərləri dəyişdikdən sonra trasa qayıtmaq istəyən finlandiyalı pit yolunun çıxışında maşını saxlayıb və yarış onun üçün bitib. Bunun səbəbi arxa sağ təkərin yaxşı bağlanmaması olub. Mühəndislərlə danışan Kimi maşını arxaya doğru – komandanın qarajına sürüb.

İlk onluqda gərgin mübarizə davam edib – Alonso Massanı keçərək altıncı yerə yüksəlib. Yarışın sonuna 4 dövrə qalmış arxadakı sürücülərdən kifayət qədər uzaqda olan Fettel SuperSoft təkərlərə keçib. Alman sürücü bir qədər sonra yarışın ən sürətli dövrəsini vurub.

Lyuis Həmilton ABŞ-da ümumilikdə beşinci, Ostində isə dördüncü qələbəsini qazanıb və Rosberqlə arasındakı xal fərqini 26-a salıb. Niko ikinci, Rikkardo isə üçüncü olub. Fettel yarışı dördüncü yerdə tamamlayıb. Son dövrədə Saynsa hücumlar edən Alonso onu ötüb və finiş xəttini 5-ci keçib.

Həmiltonun xal fərqini azaltması çempionatdakı vəziyyəti daha da gərginləşdirib. Bizi bir həftə sonra Meksikada qızğın mübarizə gözləyir…

YerNSürücüKomandaZamanPit
144Lyuis HəmiltonMercedes AMG1:38.12.6182
26Niko RosberqMercedes AMG+ 0:04.5202
33Daniel RikkardoRed Bull+ 0:19.6922
45Sebastyan FettelFerrari+ 0:43.1343
514Fernando AlonsoMcLaren+ 1:33.9532
655Karlos SaynsToro Rosso+ 1:36.1242
719Felipe MassaWilliams+ 1 dövrə3
811Serxio PeresForce İndia+ 1 dövrə2
922Censon BattonMcLaren+ 1 dövrə2
108Roman QrojanHaas+ 1 dövrə2
1126Daniil KvyatToro Rosso+ 1 dövrə1
1220Kevin Maqnussen (*)Renault+ 1 dövrə3
1330Colion PalmerRenault+ 1 dövrə2
149Markus ErikssonSauber+ 1 dövrə1
1512Felipe NasrSauber+ 1 dövrə1
1677Valtteri BottasWilliams+ 1 dövrə2
1794Paskal VerlyaynManor+ 1 dövrə2
1831Esteban OkonManor+ 2 dövrə3

(*) – Maqnussenin yekun nəticəsinin üzərinə Kvyatla yaşadığı insidentə görə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Sebastyan Fettel (Ferrari) – 1:39.877 (55-ci dövrə, 198.712 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrə Səbəb
Kimi RəykkönenFerrari38Təkərin tam taxılmaması
Maks FerstappenRed Bull28Ötürmələr qutusu
Esteban QutyerresHaas16Əyləc sistemi
Niko HülkenberqForce İndia1Sükan idarəsi

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
16Niko RosberqMercedes AMG F1 Team331
244Lyuis HəmiltonMercedes AMG F1 Team305
33Daniel RikkardoRed Bull Racing227
45Sebastyan FettelScuderia Ferrari177
57Kimi RəykkönenScuderia Ferrari170
633Maks FerstappenRed Bull Racing165
711Serxio PeresSahara Force İndia F1 Team84
877Valtteri BottasWilliams Martini Racing81
927Niko HülkenberqSahara Force İndia F1 Team54
1014Fernando AlonsoMcLaren Honda Formula 1 Team52
1119Felipe MassaWilliams Martini Racing49
1255Karlos SaynsScuderia Toro Rosso38
138Roman QrojanHaas F1 Team29
1426Daniil KvyatScuderia Toro Rosso25
1522Censon BattonMcLaren Honda Formula 1 Team21
1620Kevin MaqnussenRenault Sport Formula 1 Team7
1730Colion PalmerRenault Sport Formula 1 Team1
1894Paskal VerlyaynManor Racing MRT1
1947Stoffel VandornMcLaren Honda Formula 1 Team1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG F1 TeamMercedes636
2Red Bull RacingTAG Heuer400
3Scuderia FerrariFerrari347
4Sahara Force India F1 TeamMercedes138
5Williams Martini RacingMercedes130
6McLaren Honda Formula 1 TeamHonda74
7Scuderia Toro RossoFerrari55
8Haas F1 TeamFerrari29
9Renault Sport Formula 1 TeamRenault8
10Manor Racing MRTMercedes1

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 399
Teqlər , , , , ,
Paylaş

logo