16 Dekabr 2017, Şənbə - 15:04

ABŞ-2016: Üçüncü stüard – Mark Blandell

ABŞ-2016: Üçüncü stüard – Mark Blandell

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:35 - 19 Oktyabr, 2016

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Mark Blandell kömək edəcək.

F-1.az xatırladır ki, Blandell 1991-95-ci illərdə McLaren, Tyrrell, Ligier və Brabham komandalarında 61 dəfə starta çıxıb və 3 podium qazanıb. Mark İndyCar seriyasında 3 dəfə titul qazanmaqla “Le Manın 24 saatı” marafonunun 1992-ci ildə qalibi olub.

ABŞ Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda Blandell FİA-nın təpəyə dırmanma komissiyasının və İsveçrə Avtomobil Federasiyasının prezidenti Pol Qutyara və İspaniya avtoklubunun direktorlar şurasının üzvü, yeganə stüard qadın Silviya Bellota kömək edəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 169
Teqlər , , , , ,
Paylaş

logo