20 Oktyabr 2017, Cümə - 16:21

ABŞ-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

ABŞ-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:16 - 19 Oktyabr, 2016

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Ostin trasında da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, keçən illə müqayisədə təşkilatçılar 10-cu və 12-ci döngələr arasındakı sahədə kələ-kötür hissəni ləğv etmək üçün yeni asfalt qatı döşəyiblər. 19-cu döngənin çıxışında isə yeni ikiqat porebrik quraşdırılıb.

Keçən il olduğu kimi Ostində sürücülər arxa qanadın hərəkətli elementinin durumunu iki sahədə dəyişə biləcəklər. Onlardan birincisinin iki maşın arasındakı məsafənin ölçülmə nöqtəsi 10-cu döngədən 150 metr sonra, DRS-in aktivasiya nöqtəsi isə 11-ci döngədən 320 metr sonra yerləşir. İkinci DRS zonasının deteksiya nöqtəsi 18-ci döngədən 65 metr sonra, aktivasiya nöqtəsi isə 20-ci döngədən 80 metr sonra yerləşir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 160
Teqlər , , , ,
Paylaş

logo