19 Oktyabr 2017, Cümə axşamı - 12:58

ABŞ-2016: Bukmeyker cədvəlləri

ABŞ-2016: Bukmeyker cədvəlləri

Müəllif: Elçin Zodorov, redaktor

10:50 - 17 Oktyabr, 2016

William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlərin fikrincə, Lyuis Həmilton son dörd ildə üç dəfə qalib gəldiyi Ostində yenə də qələbəyə ən yaxın sürücü olacaq. Onun komanda yoldaşı Niko Rosberqin şansları bir qədər az qiymətləndirilib. Red Bull-un hər iki sürücüsünün şansları eyni qiymətləndirilib. Bukmeykerlər düşünürlər ki, Fettel Ostində qalib gəlməyə ən yaxın 5-ci sürücü olacaq…

ABŞ Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton2.25
Niko Rosberq2.37
Daniel Rikkardo, Maks Ferstappen12.00
Sebastyan Fettel13.00
Kimi Rəykkönen29.00
Serxio Peres, Niko Hülkenberq201.00

 

Mövsümün sonuna dörd yarış qalıb və sadəcə Mercedes AMG sürücüləri çempionluq şanslarını saxlayıblar. Bukmeykerlər 33 xal irəlidə olan Nikonu titulun əsas namizədi hesab edirlər.

Dünya çempionatında qələbə (sürücülər)
Niko Rosberq1.17
Lyuis Həmilton4.50

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 343
Teqlər , , , ,
Paylaş

logo