17 Oktyabr 2018, Çərşənbə - 09:51

A.Vürs: “Halonun funksiyası önəmlidir”

A.Vürs: “Halonun funksiyası önəmlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

19:15 - 09 Aprel, 2016

Formula1 Sürücülərinin Həmkarlar İttifaqının (GPDA) rəhbəri Aleksandr Vürs bildidib ki, gələn il istifadəsi planlaşdırılan halo sisteminin necə göründüyü yox, onun işləmə funksiyası daha önəmlidir…

F-1.az xatırladır ki, Ferrari komandası mövsümöncəsi testlərdə halo sistemini test etmişdi və sistem Formula1 ictimaiyyəti tərəfdən birmənalıq arşılanmayıb. Formula1 sürücüləri sistemin görünüşündən razı qalmayıblar.

Aleksandr Vürs: “Əgər siz məndən halonun gözəl olduğunu soruşsanız, mən inkar cavab verərəm. Amma doğru sistem olub-olmadığını soruşsanız, mən müsbət cavab verərəm və sürücülərin də çoxu mənimlə razılaşar.

Biz səsvermə başlatdıq və səsvermə bu yöndə olmuşdu. Hamı halonu dəstəklədi.

Mən yenə də təkrar edirəm. Mən sistemin funksiyası barədə danışıram, gözəlliyi barədə yox. Gözəllik insanların zövqünə görə dəyişir.

Əgər sizin bəxtiniz yoxdursa, və başınıza hər hansı bir cisim gəlsə, halo sizin həyatınızı xilas edə bilər.

Bu sizin istedadınıza və ya cəsarətinizə təsir etməz. Qırmızı Su dərəsindən yenə də 320 km/saat sürətlə keçəcəksiniz.

Bizim üçün əsas funksiyadır. Dizaynerlər bunu həm daha əlverişli, həm də daha gözəl düzəldə bilərlər. Sistemin dizaynı daha da gözəlləşə bilər.

Bu sistemin yekun versiyası olmayacaq. Hələ təkmilləşəcək. Sistem 2-3 il ərzində daha gözəl görünəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 349
Teqlər , , ,
Paylaş

logo