17 Oktyabr 2018, Çərşənbə - 09:52

A.Vürs: “Formula1 özünə qayıtdı”

A.Vürs: “Formula1 özünə qayıtdı”

Müəllif: Rauf Hacıyev, redaktor

08:20 - 05 Aprel, 2017

Formula1 Sürücülərinin Həmkarlar İttifaqının rəhbəri Aleksandr Vürs bildirib ki, Formula1 builki bolidlərlə köhnə günlərinə qayıdıb və sürücülər artıq daha xoşbəxtdirlər.

F-1.az xatırladır ki, bu il təkərlərin eninin 25 faiz artması ilə asfaltayatma qüvvəsi çoxalıb və bolidlər dövrə başına 5 saniyə sürətləniblər. Artıq sürücülərin üzərinə daha çox yüklənmə düşür.

Aleksandr Vürs: “Sürücülər yeni bolidləri sevirlər. Formula1 yenidən özünə qayıtdı və artıq idmanı satmaq daha asan olacaq. Dünya Çempionu olmuş sürücülər yüklənməyə görə radioda nəfəs-nəfəsə qalırlar. Bu isə bolidlərin fiziki cəhətdən çətinlik çəkdiyini göstərir. Hər dövrə son həddə sürürlər. Bu yaxşı haldır. Buna görə də Formula1-in doğru yolda olduğunu düşünürəm.

Amma istək siyahım olsaydı, peletondakı sürücüləri bir-birlərinə daha da yaxınlaşdırardım. Beləliklə, daha çox rəqabət olardı. Beləliklə, həyəcan da artardı. Amma hazırda bu yöndə addımlar atırıq. Televiziya yayımları artıq daha yaxşıdır, çünki sürücünün başının üstündəki kamera daha çox silkələnir. Bu isə yeni bolidlərin sürətini göstərir.

Bəzilərinin ötmələrlə bağlı şikayətlərini başa düşə bilərəm. Amma bu mövzu tez-tez müzakirə olunur. Lakin bütün bolidlər bir-birinə yaxın olduğu və güclü sürücülərin çoxluq təşkil etdiyi zaman süni dəstək olmasa, ötmələr asan başa gəlməz. 2000-ci illərə baxın. İnsanlar o dövrlər yarışların çox darıxdırıcı olduğunu və ötmələrin çətin olduğunu deyirdilər. Amma o dövrdə hər şey real olduğu üçün idmanın ən populyar dövrü idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 388
Teqlər ,
Paylaş

logo