24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:32

A.Vierula: “Bottas Prosta bənzəyir”

A.Vierula: “Bottas Prosta bənzəyir”

Müəllif: Rauf Hacıyev, redaktor

12:32 - 09 Yanvar, 2017

Valtteri Bottasın şəxsi məşqçisi Antti Vierula düşünür ki, finlandiyalı sürücü Formula1-də ilk qələbəsini qazanmağa hazırdır.

F-1.az xatırladır ki, Niko Rosberq təqaüdə çıxdıqdan sonra Mercedes onun əvəzinə Bottası transfer etmək istəmiş və Williams ilə razılığa gəlmişdi. Artıq hamı səbirsizliklə Mercedes-in rəsmi açıqlamasını gözləyir.

Bir dövrlər Lyuis Həmiltonla işləmiş və hazırda Bottasın məşqçisi olan Vierula bildirib ki, finlandiyalı sürücü rəqabətədavamlı bolidlə qələbə qazana bilər: “2017-ci ildə güclü bolid ilə ilk qələbəsini qazanacağına şübhə etmirəm. Mən uzun illər müxtəlif sürücülərlə işlədim və bir nəfərlə uzun müddət işlədikdən sonra onda qalib xarakterini hiss etməyə başlayırsan. O, özünə və komandadakı işçilərə qarşı çox tələbkardır. Nə istədiyini bilir və bunları tam olaraq bildirir”.

Bundan başqa Vierula bildirib ki, Bottas Formula1-in əfsanəvi sürücülərindən olan 4 qat Dünya Çempionu Alen Prosta bənzəyir: “Ortaq nöqtələri çoxdur. Prost ilə işləməmişəm, amma McLaren-dəkilərdən eşitdiyimə görə, Valtteri və Alen eyni yarış fəlsəfəsinə sahibdirlər. Buna baxmayaraq, Valtterinin Prost səviyyəsinə gəlməsinə çox var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 588
Teqlər , , , ,
Paylaş

logo