21 Aprel 2018, Şənbə - 05:59

A.Sennanın Tolemanı satışa çıxarılacaq

A.Sennanın Tolemanı satışa çıxarılacaq

Müəllif: Rauf Hacıyev, redaktor

12:10 - 18 Mart, 2018

Ayrton Sennanın 1984-cü ildə debüt etdiyi Toleman hərracda satışa çıxarılacaq.

F-1.az xatırladır ki, braziliyalı əfsanə bu bolidlə 1984-cü ilin Monako yarışında xarüqələr yaratmışdı. Yarış pis hava şəraitinə görə 31-ci dövrədə dayndırılmış və Senna ikinci olaraq karyerasının ilk podiumunu əldə etmişdi. Bununla da Formula1 dünyasının rəğbətini qazanmışdı.

Toleman TG184 mayın 11-də Bonhams hərracında nümayiş etdiriləcək və siyahıya alınacaq. Bolidin qiyməti müəyyən edilməsə də, Rori Börn və Pət Simondsun hazırladığı Toleman-Hart 2015-ci ildə 1 milyon funta satılmışdı.

Bonhams-ın avtoidman üzrə məsul şəxsi Mark Özborn bu barədə belə danışıb: “1980-ci və 1990-cı illərdə izlədiyimiz Senna-Prost rəqabəti avtoidman tarixinin ən yaxşısı olub. Hər iki çempion Formula1 fanlarına gözəl anlar yaşatdılar. Bu rəqabətin əsas qığılcımları isə 1984-cü ilin Monako yarışından başladı. Həmin yarışda Senna rəqibi Prosta yaxınlaşarkən qırmızı bayraqlar çıxdı və hər şey bitdi. Bu rəqabətin səbəbkarlarından olan Toleman TG184-ü nümayiş etdirdiyimiz üçün məmnunuq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 56
Teqlər , ,
Paylaş

logo