22 Noyabr 2017, Çərşənbə - 07:38

A.Sennanın şərəfinə yeni sikkələr buraxılıb

A.Sennanın şərəfinə yeni sikkələr buraxılıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:13 - 01 İyun, 2017

Monako Qran Prisi günlərində qiymətli metalların satışı ilə məşğul olan Rosland Capital şirkəti Ayrton Sennanın knyazlıqda ilk qələbəsinin 30 illiyinə həsr olunmuş kolleksiya sikkələrini təqdim edib.

F-1.az xəbər verir ki, “Ayrton Senna İnstitutu” ilə birlikdə hazırlanmış kolleksiyaya çəkisi 30 unsiya (850.5 qram) olan 6 qızıl sikkə, çəkisi 2.5 unsiya (70.9 qram) olan 180 qızıl sikkə və çəkisi 2.5 unsiya olan 300 gümüş sikkə daxildir. Sikkələr İsveçrədə istehsal olublar.

Xatırladaq ki, Ayrton Senna Monakoda 6 dəfə podiumun zirvəsinə qalxmışdı. Bu qələbələrdən birincisi isə 1987-ci il mayın 31-də Lotus-un sükanı arxasında əldə edilmişdi. Həmin yarışda braziliyalı ikinci yerdən start almışdı, amma Naycel Mənsellin turbin problemi üzündən liderliyi ələ almışdı. Senna yarışın qalan hissəsində dominantlıq etmişdi, sürətli dövrəyə imza ataraq pit-stopdan sonra liderliyini qorumuşdu. Ayrtonla birlikdə podiuma Williams-ın sürücüsü Nelson Pike və Ferrari-dən Mikele Alboreto qalxmışdılar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 773
Teqlər ,
Paylaş

logo