A.Sennanın ilk test günü…

Əfsanəvi Ayrton Sennanın ilk dəfə Formula1 maşınını idarə etməsindən 34 il keçir.

Həmin gün Doninqton Parkda 23 yaşlı braziliyalı Williams FW08C-nin sükanı arxasında dövrələrdən birində 1:00.82 nəticə göstərmişdi – bu nəticə nəinki komandanın əsas sürücüləri Keke Rosberq (keçənilki çempion) və Jak Laffitin nəticələrindən yaxşı idi, həm də trasın yeni rekordu idi. Bir neçə ay sonra Ayrton elə bu trasda qələbə qazanmaqla Britaniyanın Formula3 çempionatında qalib gələcək.

Testlərdən sonra Sennaya müqavilə təklif olunmadı. Elə həmin trasda bir müddət sona Ayrton McLaren, Brabham və Toleman maşınlarını da test etdi. Amma heç bir çempion komanda debütant sürücünü heyətinə qatmaq istəmədi. Frənk Uilyams, Ron Dennis və Berni Ekklstoun təcrübəli sürücülərə üstünlük verdikləri halda,  Ted Toulmən gənc sürücü ilə müqavilə bağladı. Rəsmən Sennanın debütü Toleman komandası ilə 1984-cü il martın sonunda Rio de Janeyronun Jakarepaqua trasında baş tutdu.

F-1.az xatırladır ki, Senna Williams komandasına yalnız 1994-cü ildə qayıda bildi və yalnız 3 yarışda start alaraq, mayın1-də uğradığı qəzada həyatını itirdi…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*