19 Noyabr 2017, Bazar - 08:50

A.Selis ilk testlərdən xoş təəssüratlarla ayrılıb

A.Selis ilk testlərdən xoş təəssüratlarla ayrılıb

Müəllif: Elçin Zodorov, redaktor

08:10 - 27 Fevral, 2016

Force İndia-nın təkmilləşdirmə proqramı üzrə sürücüsü Alfonso Selis komandanın yeni bolidi VJM09-u ilk idarə edən sürücü olub.

F-1.az xatırladır ki, gənc pilot testlərin 1-ci və 4-cü günlərində komandanı təmsil edib və ümumilikdə 133 dövrə vurub. Testlərin son günündə 75 dövrəlik məsafə qət edib və 3-cü nəticə göstərib.

Alfonso Selis: “Aerodinamika sahəsində testlərlə yanaşı, başqa sahələr üzərində də işlədik. Hər şey qaydasında getdi və proqramımıza uyğun işləyə bildik. Maşının etibarlılığından əmin olduq.

Səhər seansında medium, nahardan sonra isə soft təkərlərlə işlədik. Özümü maşında rahat hiss etdim. Sükan arxasında çox şey öyrəndim. Bu həftə mənim üçün əla keçdi. Hamımız mövsümün başlanması üçün səbrsizlənirik…”

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 272
Teqlər , , ,
Paylaş

logo